Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Baş mühasib
Tam Ştat
Yüksək Səviyyə
3.000 AZN-dən
Yerləşdirilib 10 fevral 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Şəhər Bakı, Səbail ray., Əhməd Cavad 15
Kateqoriya Mühasibat
Maaş 3000 - 4000 AZN
İş rejimi 5 günlük iş qrafiki (09:00-18:00)
Tam-ştat
Vəzifə öhdəlikləri
Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibatlıq şöbəsinə nəzarət etmək;
Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
Vergi ilə bağlı məsələlərdə həmkarlara məsləhət vermək və işçi heyətinə müvafiq sahə üzrə təcrübə ilə bölüşüb, koordinasiya etmək;
Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək;
Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək;
Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq;
Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək;
Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Təhsil Ali
Yaş: 30-50
5 il ve daha cox İş stajı
Maliyyə sahəsində Ali təhsil
Azərbaycan Respublikası Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli;
Azərbaycan Respublikasının qanunvericilik aktları;
ACCA sertifikatlarının olması arzu olunandır
PMS sertifikatlarının olması
müəssisədə maliyyə işinin təşkili prinsipləri;
maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları;
vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
maliyyə və mühasibat standartları və hesabat;
MS Excel, MS Word, MS Outlook (əla);
1C proqramı yüksək səviyyədə bilmək;
Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq;
Dil bilikləri:
Azərbaycan dili - Əla
Rus dili-Yaxşı
İngilis dili- üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
PAYCHI GROUP MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8233
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə