Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Baş mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), 1C;
New.e-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
Komandada işləmək bacarığı;
MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması;
Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;
Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.
Vəzifə öhdəlikləri:
Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.
İş şəraiti:
5 günlük iş qrafiki;
Bakı şəhəri, Hüseynbala Əliyev 15
Əmək haqqı namizədin bilik bacarığına uyğun olaraq təyin edilir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Baş Mühasib” yazmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
TGS Azerbaijan TİMP MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2287
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə