Baş mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkili və idarə olunması;
Vergi, DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
Tikinti layihələri üzrə maliyyə əməliyyatlarının uçotu və nəzarəti;
Gəlir və xərclərin düzgün uçotunun aparılması;
Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və kassa əməliyyatlarının icrası;
Əmək haqqının hesablanması və müvafiq sənədləşmənin aparılması;
Debitor və kreditor borclarına nəzarət;
Audit və vergi yoxlamaları zamanı şirkətin təmsil olunması;
Mühasibat komandasında işin koordinasiyası və nəzarət.
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
Vergi Məcəlləsi və əmək qanunvericiliyini yüksək səviyyədə bilmək;
1C, ERP və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşüncə və idarəetmə bacarıqları;
Məsuliyyətli, dəqiq və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Kensington
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18666
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə