Xarici satınalma meneceri
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 18 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri
Xarici təchizatçılarla əməkdaşlıq münasibətlərinin qurulması və idarə olunması;
Satınalma prosesinin planlaşdırılması, koordinasiyası və icrasının təmin edilməsi;
Qiymət təkliflərinin toplanılması, təhlili və müqayisəsinin aparılması;
Müqavilələrin hazırlanması və kommersiya danışıqlarının aparılması;
İdxal və logistika proseslərinin koordinasiyası;
Gömrük sənədlərinin hazırlanmasına və prosesin icrasına nəzarət;
Mövcud bazarın araşdırılması və yeni təchizatçıların müəyyən edilməsi;
Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
Xarici satınalma sahəsində minimum 3 il iş təcrübəsi;
Ali təhsil;
İngilis dili biliyi mütləqdir (rus dili biliyi üstünlük hesab olunur);
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşüncə və effektiv kommunikasiya bacarığı;
Danışıqlar aparmaq və qərarvermə qabiliyyəti;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
İş şəraiti
İş qrafiki: Həftə içi 5 gün;
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində “Xarici Satınalma Meneceri” qeyd edilməlidir.
Necə Müraciət Etmək Olar
Kensington
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17070
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə