Baş mühasib
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 21 iyun 2026
Təsvir
Mühasibat uçotunun təşkili və idarə olunması
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılmasını təşkil etmək.
Mühasibat uçotu üzrə normativ-hüquqi aktlara, milli və beynəlxalq mühasibat standartlarına uyğunluğu təmin etmək.
Mühasibat siyasətinin hazırlanması və tətbiqi.
Maliyyə vəsaitlərinin uçotu və idarə olunması
Pul vəsaitlərinin hərəkətinə nəzarət (kassa, bank hesabları, tranzit hesablar).
Tikinti obyektləri üzrə gəlir və xərclərin ayrı-ayrılıqda uçotunun aparılması.
Debitor və kreditor borclarına nəzarət.
Vergi və digər öhdəliklərin icrası
Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.) hazırlanması və təqdim edilməsi.
Tikinti sahəsinə xas olan vergi güzəştlərinin və spesifik qaydaların düzgün tətbiqi.
Büdcə və büdcədənkənar fondlara ödənişlərin vaxtında həyata keçirilməsi.
Maliyyə hesabatlarının hazırlanması
Aylıq, rüblük və illik maliyyə hesabatlarının tərtib edilməsi.
Layihə və obyektlər üzrə maliyyə nəticələrinin rəhbərliyə təqdim edilməsi.
Auditin təşkili və auditorlarla əməkdaşlıq.
Tikinti sahəsinə məxsus spesifik öhdəliklər
Tikinti-montaj işləri üzrə smeta, müqavilə və faktiki xərclərin müqayisəli uçotunu aparmaq.
Materialların, avadanlıqların və əsas vəsaitlərin hərəkətinə və uçotuna nəzarət.
Podratçı və subpodratçılarla hesablaşmaların düzgün aparılması.
İnşaat obyektlərində görülən işlərin aktlarının (forma KBS-2, KBS-3 və s.) maliyyə uçotuna daxil edilməsini təmin etmək.
Nəzarət və idarəetmə
Mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik etmək.
Daxili nəzarət mexanizmlərinin tətbiqi.
Rəhbərliyə maliyyə analizi və tövsiyələr təqdim etmək.
Tələblər
Ali iqtisadi təhsil (Mühasibat uçotu və ya Maliyyə ixtisası üzrə);
MS Office proqramları (xüsusilə Word, Excel), 1C (kompleks avtomatlasdirma) proqramlarında sərbəst işləmək bacarığı;
Maliyyə uçotu standartlarına uyğun Balans, Mənfəət və Zərər hesabatı (PL);
Əla səviyyədə Azərbaycan dili və İngilis dili (Mütləqdir);
IFRS bilikləri (Mütləqdir);
Məsuliyyətli və işində dəqiq;
Təhlil və analiz etmə qabiliyyəti;
Kollektivdə işləmə bacarığı olan;
Analitik yanaşma qabiliyyəti;
Rəhbərlik tərəfindən verilən digər gündəlik əməliyyatları icra etmək.
Təhsil və iş təcrübəsi
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə);
Tikinti və ya layihə maliyyəsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
Büdcə nəzarəti üzrə aparıcı və ya analoji vəzifədə təcrübə arzuolunandır.
İş şəraiti:
İş rejimi: 5 günlük iş qrafiki (09:00–18:00)
Əmək haqqı: namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Ünvan: Bayıl ərazisində yerləşir.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Qala Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18299
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə