Baş Mühasib
Tam Ştat
Yüksək Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 1 iyun 2026
Təsvir
Şirkətimizin maliyyə, vergi və kadr sənədləşməsini yüksək məsuliyyətlə idarə edəcək, rəhbərliyə suallar deyil, həll yolları və strateji təkliflər təqdim edəcək, yüksək intizamlı Baş Mühasib axtarırıq.
İş şəraiti
İş yeri: Bakıxanov, Ariana Biznes Park
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatı: 09:00-18:00
Əmək haqqı: 1000 – 1200 AZN
Vəzifə öhdəlikləri:
Vergi və Hesabatlılıq: AR Vergi Məcəlləsinə uyğun olaraq bütün növ bəyannamələrin (Vergi, DSMF, Statistika, Məşğulluq) düzgün hazırlanması və vaxtında təqdim edilməsi.
Maliyyə Analizi: Debitor və kreditor borclarının, gəlir-xərc balansının MS Excel proqramında mürəkkəb düsturlar və Pivot cədvəllər vasitəsilə analiz edilməsi.
Hesabatlılıq: Rəhbərliyə mütəmadi maliyyə hesabatlarının təqdim edilməsi.
ERP Sistemi: Şirkətin daxili ERP sisteminin qısa müddətdə mənimsənilməsi və məlumatların düzgün işlənməsinin təmin edilməsi.
Sənəd Dövriyyəsi: Elektron qaimə-fakturaların hazırlanması, daxil olan sənədlərin yoxlanılması və Bank-klient (İnternet-bankçılıq) əməliyyatlarının aparılması.
Kadr Uçotu: İşçilərin e-gov.az portalında qeydiyyatı və əmək müqavilələrinin hazırlanması.
Əmək Haqqı: Əmək haqqı, məzuniyyət və digər hesablamaların qanunvericiliyə uyğun aparılması.
Maliyyə İdarəetməsi: Şirkətin maliyyə proseslərinə nəzarət və rəsmi qurumlar qarşısında şirkətin peşəkar təmsil edilməsi
Tələblər
Xanım namizəd
Yaş: 30–45
Ali iqtisadi təhsil (maliyyə, mühasibatlıq).
Vergi, DSMF, Statistika və əmək qanunvericiliyi üzrə biliklər.
PMS (Peşəkar Mühasibat Sertifikatı) sertifikatı – mütləqdir.Analitik düşüncə, məsuliyyət və idarəetmə bacarığı.
Mühasibat sahəsində minimum 5 il iş təcrübəsi.
MS Excel proqramını peşəkar (mürəkkəb düsturlar, Pivot) səviyyədə bilmək (mütləqdir).
ERP və digər proqramları sürətlə mənimsəmə bacarığı.
Azərbaycan Respublikası Vergi və Əmək qanunvericiliyini mükəmməl bilmək.
Müstəqil qərarvermə, proaktiv yanaşma və yüksək iş intizamı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vacib qeyd: Tələblərə cavab verməyən, və subject-də vakansiyanın adı qeyd edilməyən CV-lərə baxılmıyacaq!
Necə Müraciət Etmək Olar
Four Reasons
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17892
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə