Baş Mühasib

Bakı

Tam Ştat

Yüksək Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 22 may 2026

Təsvir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov prospekti

  • İş qrafiki: 6 günlük iş rejimi

  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təşkili və aparılması

  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və müəyyən edilmiş müddətlərdə təqdim edilməsi

  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət

  • Kameral və səyyar vergi yoxlamaları zamanı şirkətin təmsil olunması, müvafiq izahatların hazırlanması

  • 1C proqramında mühasibat uçotunun düzgün qurulması və davamlı nəzarətin təmin edilməsi

  • Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət

  • Debitor və kreditor borclarının uçotunun aparılması və müntəzəm monitorinqi

  • Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət

Tələblər

  • Ali təhsil

  • Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi

  • PMS sertifikatının olması mütləqdir

  • Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır (ingilis dili üstünlükdür)

  • MS Office və 1C proqramlarında işləmək bacarığı

  • Analitik düşünmə, ünsiyyət və təşkilatçılıq bacarıqları

Şirkət namizədlərə təklif edir:

  • Peşəkar və stabil iş mühiti

  • Karyera yüksəlişi və inkişaf imkanı

  • Rəhbərlik tərəfindən dəstəkləyici iş atmosferi

  • Təcrübə və bacarıqlara uyğun motivasiyaedici əmək şəraiti

  • Dinamik və peşəkar komandada çalışma imkanı

  • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı

Uyğun Namizədlər öz cvlərini “Baş mühasib” başlığı ilə qeyd olunan elektron poçt ünvanına göndərsin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16527

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Yüksək Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya