Baş Mexanika Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Tikinti sahəsində mexaniki işlərə təsdiqlənmiş çertyojlar, texniki spesifikasiyalar və layihə qrafikinə uyğun olaraq rəhbərlik etmək və nəzarət etmək.
HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin icrasını keyfiyyət, təhlükəsizlik və normativ tələblərə uyğun şəkildə idarə etmək.
Mexaniki işləri mülki tikinti, memarlıq, elektrik və digər MEP sahələri ilə koordinasiya etmək.
Təsdiqlənmiş shop drawing-ləri, method statement-ləri və material submittal-larını nəzərdən keçirmək, rəy vermək və onların icrasını izləmək.
Shop drawing koordinasiyası, texniki izahatların hazırlanması və məsləhətçi şirkətlərlə dizayn koordinasiyası daxil olmaqla texniki ofis fəaliyyətlərində aktiv iştirak etmək.
Layihədəki uyğunsuzluqları, clash problemlərini və tətbiq çətinliklərini müəyyən etmək və layihə komandası ilə birlikdə texniki həllər təklif etmək.
RFI-lərin, texniki sorğuların və sahə üzrə layihə izahatlarının hazırlanması və cavablandırılmasını təmin etmək.
Zərurət olduqda mexaniki hesablamaların, layout və koordinasiya çertyojlarının hazırlanmasına və yoxlanılmasına dəstək vermək.
Görülən işlərin keyfiyyətinə nəzarət etmək, uyğunsuzluqları müəyyən etmək və korrektiv tədbirlərin həyata keçirilməsini təmin etmək.
İşin gedişatı hesabatlarının, texniki hesabatların və variation sənədlərinin hazırlanmasına dəstək göstərmək.
Yoxlama, test, commissioning və rəsmi qurum təsdiqləri proseslərində iştirak etmək.
İşlərin vaxtında icrası üçün subpodratçılar, briqadirlər və sahə mühəndisləri ilə koordinasiya aparmaq.
Snagging, qüsurların aradan qaldırılması və yekun təhvil proseslərinə dəstək göstərmək.
HSE tələblərinə və layihə prosedurlarına tam uyğunluğu təmin etmək.
Tələblər
Təhsil:
Mexanika Mühəndisliyi üzrə bakalavr dərəcəsi.
İxtisaslaşma sahələri:
HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin sahədə icrası; shop drawing-lərin yoxlanılması və texniki ofis koordinasiyası; mexaniki dizayn koordinasiyası və çertyojların interpretasiyası; dizayn və sahə koordinasiya problemlərinin müəyyən edilməsi və həlli; tikinti metodları, materiallar və istismara vermə (commissioning) prosesləri üzrə bilik.
İş təcrübəsi:
Mexanika mühəndisliyi sahəsində minimum 7–10 il iş təcrübəsi; güclü sahə təcrübəsi və texniki ofis, eləcə də dizayn koordinasiyası fəaliyyətlərində sübut olunmuş iştirak.
Dil və kompüter bilikləri (Microsoft Office):
AutoCAD və MS Office proqramlarında peşəkar səviyyədə bilik
Azərbaycan dilində sərbəst, ingilis dilində yuxarı orta və ya yüksək səviyyə tələb olunur
XÜSUSİ TƏLƏBLƏR
Mexaniki sistemlər, materiallar və tikinti metodları üzrə güclü bilik
Yüksək səviyyədə koordinasiya və ünsiyyət bacarıqları
Mexaniki çertyojları və texniki sənədləri oxumaq və şərh etmək bacarığı
Detallara yüksək diqqət və keyfiyyətə sadiqlik
Punktuallıq, məsuliyyət və layihə müddətlərinə ciddi riayət
Təhlükəsizlik prosedurlarına uyğunluq və dinamik tikinti mühitində işləməyə hazır olmaq
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16380
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+