Ana Səhifə
Vakansiyalar

Baş Kommersiya Direktoru

Baş Kommersiya Direktoru

Manufacturing

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 19 iyun 2026

Təsvir

Strateji idarəetmə:

  1. Şirkətin kommersiya strategiyasını hazırlamaq və həyata keçirmək;

  2. Gəlirlərin artırılması, bazarın genişləndirilməsi və müştəri məmnuniyyəti üzrə hədəfləri müəyyənləşdirmək;

  3. Şirkətin illik satış və marketinq planlarını təsdiqləmək və icrasına nəzarət etmək.

Satış və marketinq fəaliyyəti:

  1. Satış hədəflərinin icrasına rəhbərlik etmək və satış kanallarını inkişaf etdirmək;

  2. Marketinq və brendinq fəaliyyətlərini nəzarətdə saxlamaq, reklam və PR strategiyalarını təsdiqləmək;

  3. Rəqəmsal satış və onlayn marketinq imkanlarının inkişafına rəhbərlik etmək.

Müştəri və bazar əlaqələri:

  1. Müştəri ehtiyaclarının təhlilini aparmaq və müştəriyönümlü yanaşmanı təmin etmək;

  2. Əsas müştərilərlə strateji münasibətləri inkişaf etdirmək;

  3. Bazar araşdırmaları və rəqib analizlərini mütəmadi həyata keçirmək.

Biznes inkişafı:

  1. Yeni bazarların araşdırılması və genişlənmə imkanlarını dəyərləndirmək;

  2. Strateji tərəfdaşlıqlar və əməkdaşlıqlar qurmaq;

  3. Şirkətin uzunmüddətli gəlir modellərinin formalaşdırılmasını təmin etmək.

İdarəçilik və hesabatlılıq:

  1. Kommersiya bölmələrinin fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü effektiv təşkil etmək;

  2. Maliyyə departamenti ilə birlikdə büdcə planlaşdırılmasını həyata keçirmək və xərclərə nəzarət etmək;

  3. CEO və İdarə Heyətinə müntəzəm hesabat təqdim etmək;

  4. Cəmiyyətdə qəbul olunmuş qaydalar və prosedurlara riayət olunması.

Tələblər

1.     Ali təhsil (Biznesin idarəedilməsi, Marketinq, Maliyyə və ya əlaqəli sahələr üzrə);

2.     Kommersiya və ya satış sahəsində minimum 5-7 il rəhbər vəzifə təcrübəsi;

3.     Şirkətin müəyyən edilmiş maliyyə və kommersiya hədəflərinə nail olmaq;

4.     Satış və gəlirlərlə bağlı KPI-ların yerinə yetirilməsini təmin etmək;

5.     Kommersiya fəaliyyətində risklərin azaldılması və bazar mövqeyinin qorunmasını təmin etmək;

6.     Tabeliyində olan əməkdaşların fəaliyyətinə və əmək intizamına görə məsuliyyət daşımaq;

7.     İş fəaliyyətini vəzifə təlimatına, həmçinin Cəmiyyətin server strukturunda yerləşən siyasət, prosedur, qayda, təlimat və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirmək;

8.     Daxili audit prosesi zamanı audit qrupuna zəruri məlumatları təqdim etmək;

9.     Müəyyən edilmiş uyğunsuzluqların kök səbəblərinin araşdırılması və düzəldici fəaliyyətlərin icrası prosesində iştirak etmək;

10.  Vəzifə təlimatlarından irəli gələn risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;

11.  Güclü liderlik, idarəetmə və strateji düşünmə bacarığı;

12.  Analitik düşünmə və qərarvermə qabiliyyəti;

13.  MS Office proqramlarında sərbəst işləmək bacarığı;

14.  Ezamiyyətlərə hazır olmaq və intensiv iş rejimində işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18281

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya