Baş hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
Milli Süni İntellekt Mərkəzi (NAIC), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. Biz Milli Süni İntellekt Mərkəzinin fəaliyyətinin hüquqi təminatını həyata keçirmək, süni intellekt, rəqəmsal texnologiyalar və məlumatların emalı sahəsində hüquqi risklərin idarə olunmasını və qanunvericiliyə uyğunluğu təmin etmək məqsədilə Baş hüquqşünas vəzifəsinə yüksək peşəkarlıq səviyyəli mütəxəssis axtarırıq.
Tələblər
Əsas vəzifələr:
Mərkəzin hüquqi strategiyasını formalaşdırmaq, bütün fəaliyyətlərin qüvvədə olan
qanunvericiliyə və tənzimləyici tələblərə uyğunluğunu təmin etmək;
Süni intellekt, böyük verilənlər və innovasiya sahəsində hüquqi bazanın
formalaşdırılmasına töhfə vermək;
Normativ hüquqi aktların, müqavilələrin və digər sənədlərin hüquqi ekspertizasını
həyata keçirmək;
AI sistemlərinin tətbiqi zamanı hüquqi uyğunluğun (compliance)
qiymətləndirilməsini aparmaq;
Texnologiya, proqram təminatı, lisenziyalaşdırma və beynəlxalq əməkdaşlıq
müqavilələrinin hazırlanmasında iştirak etmək;
Azərbaycan Respublikası məhkəmələrində və zərurət yarandıqda beynəlxalq
arbitrajlarda Mərkəzin maraqlarını müdafiə etmək;
Dövlət orqanları və digər qurumlarla hüquqi yazışmaları, müraciətləri, sorğuları
və cavabları hazırlamaq və əlaqələndirməni təmin etmək;
Prosessual hüquqi sənədlərin hazırlanmasını təmin etmək;
Şəxsi məlumatların qorunması və kibertəhlükəsizlik sahəsində hüquqi tələblərin
icrasına nəzarət etmək;
AI layihələri üzrə hüquqi risklərin müəyyən edilməsi və idarə olunması üzrə
tövsiyələr vermək;
Struktur bölmələrə hüquqi məsləhət, rəy və arayışlar təqdim etmək;
Dövlət orqanları, beynəlxalq təşkilatlar və digər tərəfdaşlarla hüquqi
əməkdaşlıqda iştirak etmək;
Müqavilə öhdəliklərinin icrasına nəzarət etmək, pozuntuların qarşısını almaq və
zəruri hüquqi tədbirlərin görülməsini təmin etmək;
Daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılmasını təmin etmək;
Strateji plan və dövlət proqramları çərçivəsində hüquqi tədbirlərin icrasında iştirak
etmək;
Fəaliyyət üzrə hesabatlar və iş planları hazırlamaq;
Dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
Təhsil:
Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür)
İş təcrübəsi:
Hüquq sahəsində minimum 2–5 il iş təcrübəsi
Dövlət qurumlarında və ya texnologiya/IT sahəsində təcrübə üstünlükdür
Bilik və bacarıqlar:
Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı səviyyədə bilmək
Müqavilə hüququ, inzibati hüquq və mülki hüquq üzrə biliklər
Məlumatların qorunması və rəqəmsal hüquq sahəsində anlayış (üstünlükdür)
Analitik düşünmə və hüquqi təhlil bacarığı
Yazılı və şifahi ünsiyyət bacarıqları
İngilis dili biliyi (ən azı orta səviyyə)
Üstünlük verilən əlavə biliklər:
Süni intellekt və data hüququ üzrə biliklər
Beynəlxalq hüquq və ya beynəlxalq müqavilələr üzrə təcrübə
Compliance və risk idarəetməsi sahəsində biliklər
Texnoloji məhsullar və startap ekosistemi ilə tanışlıq
Şəxsi keyfiyyətlər:
Məsuliyyətlilik və etik davranış
Komandada işləmək bacarığı
Təşəbbüskarlıq və proaktiv yanaşma
Məxfilik prinsiplərinə riayət
Təklif olunur:
Rəqabətli əməkhaqqı
Peşəkar inkişaf imkanları
İnnovativ və dinamik iş mühiti
Beynəlxalq layihələrdə iştirak imkanı
Necə Müraciət Etmək Olar
National Artificial Intelligence Center
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14662
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə