Baş Data Analitik / Data Analitika üzrə Təlimçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Data ilə düşünən, öyrətməyi sevən və real biznes problemlərinə analitik həllər gətirə bilən Baş Data Analitik / Data Analitika üzrə Təlimçi axtarırıq. Bu rol həm tədris, həm də daxili analitika istiqamətlərini əhatə edir və data biliklərini real mühitdə tətbiq etməyi sevən peşəkarlar üçün nəzərdə tutulub.
Vəzifə öhdəlikləri
Tədris öhdəlikləri:
Code Academy-nin təqdim etdiyi Data Analitika proqramı üzrə dərslərin tədrisi;
Dərs materiallarının hazırlanması, yenilənməsi və proqram rəhbəri ilə koordinasiya;
Tələbələrə mentorluq və konsultasiya dəstəyi göstərmək;
Tədris fəaliyyəti əsnasında Tələbə heyətinə tapşırıq, sorğular, yoxlama işi və imtahanların təşkil olunması və qərarlaşdırılan son tarixədək qiymətləndirilməsi.
Daxili analitika öhdəlikləri:
Data flow-ların avtomatlaşdırılması;
Məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi;
Data governance prinsiplərinin tətbiqi;
Data infrastrukturu strategiyasının formalaşdırılması və icrası;
Mütəmadi və ad-hoc hesabatların hazırlanması;
Aylıq performans icmallarının hazırlanması;
İclaslar üçün analitika və hesabat dəstəyi;
Dashboard və BI həllərinin qurulması.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Data Analitika sahəsində ən azı 1 il iş təcrübəsi;
Microsoft Excel, Google Sheets və Google Docs alətləri üzrə yüksək səviyyədə praktiki bilik və iş təcrübəsi;
Tableau və/və ya Power BI platformalarında dashboard və analitik hesabatların hazırlanması üzrə təcrübə;
SQL (MySQL, PostgreSQL, MSSQL və s.) üzrə güclü bilik və praktiki istifadə bacarığı;
R və/və ya Python proqramlaşdırma dilləri ilə işləmə bacarığı üstünlükdür;
Data cleansing, data modeling və ETL prosesləri üzrə konseptual anlayış və praktiki təcrübə;
Analitik hesabatların hazırlanması və interpretasiyası üzrə təcrübə;
Yüksək səviyyədə təqdimat, izah etmə və məlumatları strukturlaşdırılmış şəkildə çatdırma bacarığı;
Auditoriya ilə effektiv ünsiyyət qurmaq və interaktiv tədris mühitini formalaşdırmaq bacarığı;
Komanda daxilində əməkdaşlıq və stressə davamlılıq;
Yüksək emosional intellekt, tələbələrlə və maraqlı tərəflərlə peşəkar və etik ünsiyyət bacarığı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Code Academy
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4443
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə