Ana Səhifə
Vakansiyalar
Satış və Biznesin İnkişafı
Satış üzrə mütəxəssis

Bank məhsullarının satışı bölməsinin baş eksperti

Bank məhsullarının satışı bölməsinin baş eksperti

Bakı,, Atatürk, pr., 50A

Tam Ştat

Direktor

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 31 may 2026

Təsvir

Vəzifə funksiyaları

-Bankın inzibati ofislərindən (baş idarə, inzibati mərkəz, filiallar və s) kənarda müştərilərin cəlb edilməsi fəaliyyətini həyata keçirir, idarə və müəssisələrdə müştərilərlə görüşlər keçirir, banka məxsus buklet, flyer və s. reklam daşıyıcılarının müştərilərə təqdim edlməsini təmin edir;
-Kredit məhsulları üzrə müştəri cəlbinə dair zənglərin edilməsini və sosial şəbəkələr vasitəsilə (həmçinin digər vasitələrlə) sms-lər göndərilməsini təmin edir;
-Bankın daxili qaydaları və tariflərində qeyd olunan digər xidmətləri və əməliyyatları da müştərilərə təklif edir, buna dair sualları və müraciətləri cavablandırır;
-Bölmədə əmək intizаmınа riаyət etməklə innovativ layihələrin inkişafını təmin edi;
-Bölməyə yeni götürülmüş təcrübəçilərə və kiçik ekpertlərə treyninqlər keçir, onların bu sahədə təcrübələrinin artırılmasına dəstək olur;
-Bir başa rəhbəri, şöbə müdiri, departament Direktorunun müavini, Rəqəmsal bankçılıq departamenti direktoru tərəfindən tələb edilən sorğu və hesabatları vaxtında icra və təmin edir;
-Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlar

  • Məsuliyyət

  • Nəticəyə yönümlülük

Dil biliyi

  • Azərbaycan - Mükəmməl

Kompüter biliyi

  • MS Office - Orta

Necə Müraciət Etmək Olar

Bank of Baku

Bank of Baku

Finance

Bank of Baku Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və fərdi, eləcə də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank kreditlər, depozit məhsulları, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bankçılıq həlləri ilə müştərilərinin maliyyə ehtiyaclarını qarşılamağa yönəlib. Bank of Baku ölkə üzrə filial və xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovasiya və operativ xidmət prinsiplərini əsas tutur. “BOB Mobile” kimi rəqəmsal bankçılıq həlləri vasitəsilə istifadəçilərə onlayn əməliyyatlar, ödənişlər və hesab idarəetməsi imkanları təqdim olunur. Bank of Baku həmçinin müasir texnologiyaların tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirərək Azərbaycanın bank sektorunda mövqeyini gücləndirir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16779

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Direktor

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Ümumi audit şöbəsinin aparıcı auditoru

Tam Ştat

Vəzifə funksiyaları -Audit planına uyğun audit yoxlamalarının aparılması; -Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi; -Tənzimləyici tələblərə və qabaqcıl beynəlxalq təcrübələrə uyğunluğun təhlili və qiymətləndirilməsi; -Beynəlxalq daxili audit standartlarına uyğun audit tapşırıqlarının icrası və/və ya koordinasiyası; -Daxili qaydalar, prosedurlar və qanunvericiliyə uyğunluğun yoxlanılması; -Audit prosesinin gedişi barədə rəhbərlik və maraqlı tərəflərlə davamlı kommunikasiya; -Aşkarlanmış əhəmiyyətli nəzarət zəiflikləri barədə dərhal rəhbərliyə məlumat verilməsi; -Müsahibələrin və yekun müzakirələrin təşkili; -Audit hesabatlarının hazırlanması; -Audit sənədlərinin metodologiyaya uyğun şəkildə hazırlanması. Yumşaq bacarıqlar Məsuliyyət Nizam intizam Nəticəyə yönümlülük Texniki səriştəliklər Beynəlxalq peşəkar sertifikatların (CIA, ACCA, CFE və s.) mövcudluğu və ya həmin proqramlarda iştirak üstünlükdür; Risk əsaslı audit yanaşmasının tətbiqi Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi Audit testlərinin hazırlanması və icrası; Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili; Digər şərtlər -Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil Dil biliyi Azərbaycan - Mükəmməl Rus - Orta İngilis - Orta Kompüter biliyi MS Office - Yüksək SQL və BI alətləri üzrə baza biliklər (üstünlükdür); - Orta

Bakı,, Atatürk, pr., 50A