B2B Satış və Müştəri Əlaqələri üzrə Menecer
Bakı
Tam Ştat
Menecer
400 AZN-dən
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 28 aprel 2026
Təsvir
İş şəraiti:
* Vakansiya növü: Tam ştat
* İş qrafiki: 5 günlük iş həftəsi (09:00 dan– 18:00 dək) (bayram günləriiqeyri-iş günü)
* Əmək haqqı: 400 azn və satışdan bonus
* Ünvan: Arena Plaza (Koroğlu m/s yaxınlığı)
Mail:i nfo@growth.az
Mobil: 050 235 35 99
İş haqqında
* Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə);
* Xidmət və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi;
* Ofis proqramlarını bilmək (MS Word, MS Excel, MS Outlook, PowerPoint);
* Sosial media və Canva proqramı ilə işləmək bacarığı (üstünlükdür);
* Analitik düşüncə və sistemli yanaşma;
* Ünsiyyət və təqdimat bacarığı;
* Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dilləri üstünlükdür).
Tələblər
* Mövcud müştərilərlə əlaqələrin daha da inkişaf etdirilməsi, bayram günləri və ad günlərində təbrik postlarının göndərilməsi
* Potensial korporativ müştərilərin müəyyən edilməsi ,zənglər və digər marketing vasitələrindən istifadə edərək şirkətin xidmətləri barədə ətraflı məlumat verilməsi və cəlb olunması;
* Müştəri bazasının formalaşdırılması və müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
* Mühasibatlıq və konsaltinq xidmətləri barədə müştərilərə ətraflı məlumatın təqdim edilməsi;
* B2B görüşlərin təşkili və keçirilməsi, yeni müştərilərin cəlb edilməsi;
* Razılaşdırılmış satış şərtləri əsasında müqavilələrin bağlanması və satış prosesinin idarə olunması;
* Satışın artırılması məqsədilə mövcud müştərilərlə münasibətlərin qorunması və əlavə xidmətlərin təklif edilməsi;
* Müştərilərin keçirilən aksiya və kampaniyalar barədə məlumatlandırılması;
* Şirkətin sosial media səhifələri üçün sadə dizaynlı postların hazırlanması;
* Satış kanallarının təhlil edilməsi və yeni satış imkanlarının müəyyən olunması;
* Satışı həyata keçirilən xidmətlər üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;
* Şirkətə aid məlumatların məxfiliyinin qorunması.
Necə Müraciət Etmək Olar
Growth Consulting Services
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12588
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer