B2B Satış və Müştəri Əlaqələri üzrə Menecer

Tam Ştat

Menecer

400 AZN-dən

Yerləşdirilib 18 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Mövcud müştərilərlə əlaqələrin daha da inkişaf etdirilməsi, bayram günləri və ad günlərində təbrik postlarının  göndərilməsi

  • Potensial korporativ müştərilərin müəyyən edilməsi ,zənglər və digər marketing vasitələrindən istifadə edərək şirkətin xidmətləri barədə ətraflı məlumat verilməsi və cəlb olunması;

  • Müştəri bazasının formalaşdırılması və müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;

  • Mühasibatlıq və konsaltinq xidmətləri barədə müştərilərə ətraflı məlumatın təqdim edilməsi;

  • B2B görüşlərin təşkili və keçirilməsi, yeni müştərilərin cəlb edilməsi;

  • Razılaşdırılmış satış şərtləri əsasında müqavilələrin bağlanması və satış prosesinin idarə olunması;

  • Satışın artırılması məqsədilə mövcud müştərilərlə münasibətlərin qorunması və əlavə xidmətlərin təklif edilməsi;

  • Müştərilərin keçirilən aksiya və kampaniyalar barədə məlumatlandırılması;

  • Şirkətin sosial media səhifələri üçün sadə dizaynlı postların hazırlanması;

  • Satış kanallarının təhlil edilməsi və yeni satış imkanlarının müəyyən olunması;

  • Satışı həyata keçirilən xidmətlər üzrə hesabatların hazırlanması və mütəmadi olaraq rəhbərliyə təqdim edilməsi;

  • Şirkətə aid məlumatların məxfiliyinin qorunması.

Namizədə dair tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və ya oxşar sahələr üzrə);

  • Xidmət və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi;

  • Ofis proqramlarını bilmək (MS Word, MS Excel, MS Outlook, PowerPoint);

  • Sosial media və Canva proqramı ilə işləmək bacarığı (üstünlükdür);

  • Analitik düşüncə və sistemli yanaşma;

  • Ünsiyyət və təqdimat bacarığı;

  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dilləri üstünlükdür).

İş şəraiti

  • Vakansiya növü: Tam ştat

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00) (bayram günləri iqeyri-iş günü)

  • Əmək haqqı: 400 azn və satışdan  bonus

  • Ünvan: Arena Plaza (Koroğlu m/s yaxınlığı)

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Mobil: +994 50 235 35 99

Necə Müraciət Etmək Olar

Growth Consulting Services

Growth Consulting Services

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11519

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer