B2B Satış Meneceri

Bakı

Tam Ştat

Menecer

1.000 AZN-dən

Yerləşdirilib 31 mart 2026

Son Tarix: 1 may 2026

Təsvir

CarBuy – avtomobil sektorunda salonlar, dilerlər və alıcıları bir araya gətirən innovativ B2B platformadır. Biz avtomobil satış prosesini rəqəmsallaşdırır, şəffaf və sürətli alqı-satqı ekosistemi yaradırıq. Hazırda komanda olaraq böyümə mərhələsindəyik və satış sahəsində enerjili, analitik və nəticəyə fokuslanan bir Satış Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • CarBuy platformasının üstünlüklərini avtosalonlara, dilerlərə və fərdi satıcılara təqdim etmək

  • Yeni müştərilərin (B2B partnyorların) cəlb olunması və aktiv əlaqələrin qurulması

  • Mövcud müştəri bazasının idarə olunması, müqavilələrin bağlanması və satış prosesinin tam izlənməsi

  • Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi

  • Müştəri rəylərinin toplanması və məhsul komandasına geribildirim verilməsi

Tələblər

  • Şəxsi avtomobilin olması mütləqdir

  • Satış sahəsində minimum 2 il təcrübə (avtomobil sektoru və ya B2B satış sahəsində olması üstünlükdür)

  • Güclü kommunikasiya və inandırma bacarığı

  • Aktivlik, təşəbbüskarlıq və nəticəyə fokuslanma

  • Rəqəmlərlə işləmə bacarığı və CRM sistemləri ilə tanışlıq

  • Avtomobil bazarı haqqında anlayış (üstünlükdür)

Biz nə təklif edirik:

  • Rəqəmsal transformasiya mərhələsində olan güclü layihədə iştirak imkanı

  • Dinamik, açıq və gənc komanda

  • Peşəkar inkişaf və real karyera yüksəlişi imkanı

İş şəraiti:

  • Əməkhaqqı: 1000 AZN + satışdan bonus

  • İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00

  • İş yeri: Ağ şəhərdə yerləşən ofis

Zəhmət olmasa, CV-nizi, mövzu sətrində  vəzifənin adını (Satış Meneceri) qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12227

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer