CarBuy – avtomobil sektorunda salonlar, dilerlər və alıcıları bir araya gətirən innovativ B2B platformadır. Biz avtomobil satış prosesini rəqəmsallaşdırır, şəffaf və sürətli alqı-satqı ekosistemi yaradırıq. Hazırda komanda olaraq böyümə mərhələsindəyik və satış sahəsində enerjili, analitik və nəticəyə fokuslanan bir Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri:
CarBuy platformasının üstünlüklərini avtosalonlara, dilerlərə və fərdi satıcılara təqdim etmək
Yeni müştərilərin (B2B partnyorların) cəlb olunması və aktiv əlaqələrin qurulması
Mövcud müştəri bazasının idarə olunması, müqavilələrin bağlanması və satış prosesinin tam izlənməsi
Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi
Müştəri rəylərinin toplanması və məhsul komandasına geribildirim verilməsi