Azərbaycan dili müəllimi (Orta Məktəb)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 24 aprel 2026
Təsvir
**Birbaşa rəhbər:**Orta Məktəb Müdiri
Ümumi təsvir:
Məktəb tərəfindən müəyyən edilmiş xüsusi standartlara və məqsədlərə əsaslanaraq təlimatı planlaşdırır, çatdırır və qiymətləndirir. Şagirdlərin yetkin, bacarıqlı və məsuliyyətli vətəndaş kimi inkişafına kömək edəcək bilik və bacarıqları mənimsəmələrinə kömək edir.
Təhsil və təcrübə:
Ali təhsil üzrə diplom;
Bu sahədə ən az iki il iş təcrübəsi;
IB MYP proqramı üzrə anlayış və təcrübə.
Dərslərin İbtidai məktəbdə tədris edilən kurrikulum və proqramlara uyğun təşkili;
Şagirdlərin öyrənməsinə dəstək üçün lazımi proqramların tərtibi və tədrisi;
Şəxsi keyfiyyətlər:
Komandada işləmək bacarığı;
İşə vaxtında gəlmək, punktual olmaq, dərs cədvəlinə əməl etmək və yaxşı təşkilatçılıq bacarığına sahib olmaq.
Şagirdlər, valideynlər və məktəb heyəti tərəfindən yönləndirilmiş sorğuları vaxtında cavablandırmaq.
Kompyuter proqramlarında işləmək bacarığına sahib olmaq.
Dil bacarıqları:
Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı.
Ən az B2 İngilis dili biliyi.
CV-lər namizədin iş təcrübəsi və tələblərə uyğunluğu əsasında seçiləcək. Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən keçmiş namizədlərdən müasir tədris/təlim metodları və texnologiyaları üzrə bacarıqlarını göstərmək üçün nümunəvi dərs təqdim etmələri xahiş olunacaq.
Müraciət:
Bu vəzifəyə müraciətdə maraqlısınızsa mövcud təhsiliniz və təcrübəniz üzrə tərcümeyi-halınızı göstərilən e-poçt ünvanına göndərin. Tərcümeyi-halınızı göndərərkən e-poçtun başlığında vəzifənin adını qeyd etmək mühümdür.
Necə Müraciət Etmək Olar
Avropa Azərbaycan Məktəbi
Education
Avropa Azərbaycan Məktəbi (AAM) 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis edilmiş, Azərbaycanda fəaliyyət göstərən özəl beynəlxalq ümumtəhsil məktəbidir. Məktəb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir və şagirdlərə müasir, təhlükəsiz və dəstəkləyici mühitdə təhsil alma imkanı yaradır. AAM dövlət məktəblərindən fərqli olaraq, beynəlxalq səviyyədə tanınan xüsusi proqramlar təqdim edir. Bu proqramlara IB (International Baccalaureate) – PYP, Cambridge International Examinations, eləcə də IB Diploma Programme (DP) daxildir. Məktəbin yanaşması innovasiya, yaradıcılıq, mədəniyyətlərarası anlayış və tənqidi düşüncənin inkişafına yönəlib.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11846
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500