AzalOil” YSM İdarəsi / Yanacaq-sürtgü materialları üzrə aparıcı mühəndis - növbə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 22 mart 2026
Son Tarix: 27 mart 2026
Təsvir
Növbə ərzində YSM və xüsusi mayelərin qəbulu, saxlanması, keyfiyyətinə nəzarət və hava gəmilərinə verilməsi proseslərinin qüvvədə olan normativ sənədlərə uyğun təşkilini təmin etmək.;
Növbə şəxsi heyətinin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
Yanacaq doldurma texnoloji avadanlıqlarının, hərəkət edən doldurma vasitələrinin və ölçü cihazlarının texniki vəziyyətinə nəzarət etmək və istismara buraxılmasını təmin etmək;
Kondisiyaya uyğun olmayan YSM və xüsusi mayelər aşkar edildikdə operativ qərar qəbul etmək və rəhbərliyə dərhal məruzə etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasını təmin etmək;
Növbə üzrə uçot, hesabat və mədaxil-məxaric sənədlərinin düzgün və vaxtında tərtib edilməsinə nəzarət etmək;
Fövqəladə hallar, gecikmələr və texnoloji proses pozuntuları ilə bağlı araşdırmalarda iştirak etmək və qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
YSM sahəsində minimum 3 il iş təcrübəsi;
Kimyəvi sınaq laboratoriyalarında iş təcrübəsi üstünlükdür;
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
İdarəetmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
Növbəli
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#11598
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+