AZALOil İdarəsi / Anbar rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
YSM və xüsusi mayelərin qəbulu, saxlanması və verilməsi proseslərini müəyyən edilmiş normativ sənədlərə uyğun təşkil etmək;
YSM və xüsusi mayelərin kəmiyyət və keyfiyyət göstəricilərinin qorunmasını təmin etmək;
YSM üzrə mədaxil, məxaric, uçot və inventarlaşdırma sənədlərinin düzgün və vaxtında aparılmasını təşkil etmək;
Anbar ərazisində obyektdaxili rejimin, buraxılış qaydalarının və maddi dəyərlərin mühafizəsini təmin etmək;
Tabeçilikdə olan işçilərin fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və icra intizamına nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası qaydalarına riayət olunmasını təmin etmək;
YSM anbarının fəaliyyəti üzrə hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini həyata keçirmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Bakalavr);
Minimum 3–5 il anbar və ya istehsalat sahəsində təcrübə. Yanacaq, neft məhsulları və ya aviasiya sektorunda təcrübə üstünlükdür:
Problemi həll etmə, analitik düşünmə bacarığı;
Komanda ilə işləmə bacarığı;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Danışıqların aparılması bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
İdarəetmə bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Təqdimat bacarıqları;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13147
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+