Ana Səhifə
Vakansiyalar

Avtomobil Satışı və Logistika Əməliyyatları üzrə Koordinator

Avtomobil Satışı və Logistika Əməliyyatları üzrə Koordinator

Tam Ştat

Orta Səviyyə

600 AZN-dən

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 15 fevral 2026

Təsvir

Auto Trader MMC şirkəti avtomobil satışı və daşınması sahəsində fəaliyyət göstərir. Şirkətimizin komandası üçün satışdan sonrakı əməliyyatların və logistika proseslərinin icrasını həyata keçirəcək məsuliyyətli və ünsiyyətcil əməkdaş axtarılır.

Vəzifə öhdəlikləri:

  • Satın alınmış avtomobillərlə bağlı satışdan sonrakı proseslərin və logistikanın koordinasiyası

  • Müştərilərlə satışdan sonra daimi ünsiyyətin saxlanılması və məlumatlandırmanın aparılması

  • Satış əməliyyatlarına aid sənədləşmə və müqavilə işlərinin icrası

  • Avtomobil satışı və daşınması ilə bağlı xarici köçürmələr üçün “invoice”-ların hazırlanması

  • Gömrük prosedurlarının və əlaqəli proseslərin izlənilməsi

  • Aidiyyəti tərəfdaş və xarici təchizatçılarla koordinasiya

  • Müştərilərin müraciət və suallarının operativ şəkildə cavablandırılması

Tələblər

  • Ali və ya orta təhsil

  • Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə

  • MS Office, xüsusilə MS Excel proqramlarında işləmə bacarığı

  • Yüksək məsuliyyətlilik, diqqətlilik və ünsiyyət bacarığı

  • Sürücülük vəsiqəsi (B kateqoriya)

  • Avtomobillər barədə anlayışının olması arzuolunandır

İş şərtləri:

  • İş qrafiki: 09:00 – 18:00

  • İş günləri: Həftədə 5 gün

  • Əmək haqqı: 600 AZN + bonus

Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4940

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə