Avtomobil Satışı və Logistika Əməliyyatları üzrə Koordinator
Auto Trader MMC şirkəti avtomobil satışı və daşınması sahəsində fəaliyyət göstərir. Şirkətimizin komandası üçün satışdan sonrakı əməliyyatların və logistika proseslərinin icrasını həyata keçirəcək məsuliyyətli və ünsiyyətcil əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
Satın alınmış avtomobillərlə bağlı satışdan sonrakı proseslərin və logistikanın koordinasiyası
Müştərilərlə satışdan sonra daimi ünsiyyətin saxlanılması və məlumatlandırmanın aparılması
Satış əməliyyatlarına aid sənədləşmə və müqavilə işlərinin icrası
Avtomobil satışı və daşınması ilə bağlı xarici köçürmələr üçün “invoice”-ların hazırlanması
Gömrük prosedurlarının və əlaqəli proseslərin izlənilməsi
Aidiyyəti tərəfdaş və xarici təchizatçılarla koordinasiya
Müştərilərin müraciət və suallarının operativ şəkildə cavablandırılması