Avtomatlaşdırma üzrə mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 5 mart 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Avtomatlaşdırma üzrə mühəndis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə şirkət daxilində biznes və texniki proseslərin avtomatlaşdırılması üzrə əsas məsuliyyəti daşıyır. Rol Python proqramlaşdırma dili və AI əsaslı alətlərdən istifadə etməklə manual əməliyyatların optimallaşdırılması, sistemlər arasında inteqrasiyaların qurulması və proseslərin səmərəliliyinin artırılması üçün mühüm rol oynayır. Namizəd etibarlı və ölçülə bilən avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqində daxili komandalar və üçüncü tərəflərlə sıx əməkdaşlıq edəcəkdir.
Öhdəliklər:
Şirkət daxilində HR, Maliyyə, Əməliyyatlar, IT və digər biznes proseslərinin təhlili və avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi
Python və AI əsaslı alətlərdən istifadə etməklə avtomatlaşdırma skriptləri, servis və workflow-ların hazırlanması, mövcud həllərin təkmilləşdirilməsi və davamlı işləməsinin təmin edilməsi
Avtomatlaşdırma layihələri çərçivəsində yazılmış kodlara baxışın (code review) keçirilməsi, kodun keyfiyyətinin, oxunaqlılığının və təhlükəsizliyinin təmin edilməsi
Avtomatlaşdırılmış sistemlərdə və proseslərdə yaranan texniki nasazlıqlara operativ reaksiya verilməsi, xətaların təhlili və aradan qaldırılması
Avtomatlaşdırma və AI həllərində istifadə olunan məlumatların düzgünlüyünün, bütövlüyünün və sistemlər arasında düzgün ötürülməsinin yoxlanılması və təmin edilməsi
Daxili və xarici sistemlər (web, mobil tətbiqlər, platformalar) arasında API, webhook və digər inteqrasiya mexanizmlərinin hazırlanması və tətbiqi
Bilik və İxtisaslar:
AI / LLM əsaslı alətlərlə işləmə bacarığı
Veb Servis: SOAP, REST
MsSQL, ASP.net üzrə biliklər
Prompt-based automation anlayışı
Low-code / no-code alətlərə açıq yanaşma
Chatbot, classification, validation use-case-ləri üzrə təcrübə
Təcrübə:
2–5 il real praktik təcrübə
Biznes prosesləri ilə iş təcrübəsi
"problem → solution → automation" düşüncə tərzi
Bacarıqlar:
Ünsiyyət qurmaq
Komandada işləmək
Təqdimat
Təşəbbüskarlıq
Analitik düşüncə
Dəqiqlik
Planlama
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Biz nə təklif edirik:
Peşəkar və dəstəkləyici komanda mühiti
Fərdi və peşəkar inkişaf imkanları
Şirkət daxilində öyrənmə və bilik mübadiləsi mühiti
İnnovativ və müasir iş mühiti
“Great Place To Work” sertifikatlı şirkətdə iş imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7714
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000