Avtomatika mühəndisi (Ağdaş)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 16 fevral 2026
Son Tarix: 18 mart 2026
Təsvir
Avtomatika mühəndisi istehsalatda və digər sahələrdə avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarı işlərinin icrası.
Əsas vəzifə və öhdəliklər:
İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə layihələrin hazırlanması və tətbiqi;
PLC(Schneider,Siemens ), SCADA və digər idarəetmə sistemlərinin proqramlaşdırılması və sazlanması;
Sahədə avtomatik idarəetmə sistemlərinin, sensorların, invertorların və istehsal avadanlıqlarının düzgün işləməsininin təmin edilməsi;
Sensor, ötürücü, rele və digər avtomatika avadanlıqlarının seçilməsi və tətbiqi;
Elektrik sxemlərinin oxunması və tərtib edilməsi;
Avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki xidmətinin təşkili;
Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
Texniki sənədlərin hazırlanması (sxemlər, hesabatlar, təlimatlar);
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət;
Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi;
Bütün komanda üzvləri üçün təhlükəsiz və sağlam iş yerinin yaradılmasını təşviq edən SƏTƏM qaydalarına ciddi riayət olunmasını təmin edilməsi;
Rəhbərinə avadanlıqlardakı dəyişikliklər, nasazlıqlar və təmir ehtiyacları barədə hesabat vermə;
Tabeçiliyində olan avadanlıq və qurğuların ehtiyat hissələrinin hesabatını rəhbərliyə təqsdim edilməsi.
İş yeri: Ağdaş rayonu
Tələblər
Mühəndislik üzrə ali təhsil;
Avtomatika sistemləri üzrə ən azı 5 il iş təcrübəsi;
Avtomatika normativləri və qaydaları haqqında dərin biliklər;
Elektrik və elektronika əsasları üzrə biliklər;
AutoCAD, SCADA, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
Yeni invertorların və digər nəzarət modullarının qurlaşdırılması bacarığı;
PLC proqramlaşdırma dilləri (Ladder, FBD və s.);
Şəxsi avtomobil olması üstünlükdür. (Məcburi deyil);
Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə və regionlara ezam olunmaq imkanı;
İT- biliklərinin olması üstünlükdür.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8800
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+