Audit şöbəsinin rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
İşçiyə qoyulan tələblər:
Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində);
Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək;
Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər;
Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı;
CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir;
Vəzifə öhdəlikləri:
Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək;
Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamalarını planlaşdırmaq və həyata keçirilməsini təmin etmək;
Audit planlarının icrasına nəzarət etmək və audit proseslərini koordinasiya etmək;
Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək;
Maliyyə, satınalma və təchizat, satış şöbələri və regionlar üzrə əməliyyat, maliyyə və uyğunluq risklərinin kompleks qiymətləndirilməsini həyata keçirmək;
Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Audit nəticələri üzrə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və müvafiq tövsiyələr vermək;
Daxili audit komandasını idarə etmək, fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək;
Ezamiyyətlər çərçivəsində regionlarda (Ağcabədi, Biləsuvar, Sabirabad) audit yoxlamalarını həyata keçirmək;
Qanunvericiliyə və daxili qaydalara uyğunluğun təmin olunması məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq;
Şirkət fəaliyyətinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək.
İş şərtləri:
Əmək haqqı razılaşma əsasında;
Xidməti nəqliyyat vasitəsi, nahar və korporativ nömrə ilə təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərməyiniz xahiş edilir.
Necə Müraciət Etmək Olar
Az Aqro Taxıl MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13138
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə