Şirkətlərə Qayıt
Az Aqro Taxıl MMC

Az Aqro Taxıl MMC

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Az Aqro Taxıl MMC

Audit şöbəsinin rəhbəri

Az Aqro Taxıl MMC

Tam Ştat
Orta Səviyyə

İşçiyə qoyulan tələblər: Ali təhsil (maliyyə, mühasibatlıq, audit və ya hüquq sahəsində); Daxili audit sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının qanunvericiliyini və beynəlxalq audit standartlarını (IIA, IFRS və s.) yaxşı bilmək; Risklərin idarə olunması və nəzarət sistemləri barədə biliklər; Güclü analitik düşüncə, problemləri aşkar etmə və həll etmə bacarığı; CIA, CFE, CPA, ACCA və ya digər tanınmış sertifikatların birinin olması üstünlük təşkil edir; Vəzifə öhdəlikləri: Müəssisənin daxili audit siyasətini və strategiyasını formalaşdırmaq, illik audit planlarını hazırlamaq və icrasına rəhbərlik etmək; Şirkətin bütün struktur bölmələrində daxili audit yoxlamalarını planlaşdırmaq və həyata keçirilməsini təmin etmək; Audit planlarının icrasına nəzarət etmək və audit proseslərini koordinasiya etmək; Audit yoxlamaları əsasında risklərin qiymətləndirilməsi və idarə olunması proseslərini təşkil etmək; Maliyyə, satınalma və təchizat, satış şöbələri və regionlar üzrə əməliyyat, maliyyə və uyğunluq risklərinin kompleks qiymətləndirilməsini həyata keçirmək; Daxili nəzarət sistemlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi üzrə təkliflər vermək; Audit nəticələri üzrə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və müvafiq tövsiyələr vermək; Daxili audit komandasını idarə etmək, fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək; Ezamiyyətlər çərçivəsində regionlarda (Ağcabədi, Biləsuvar, Sabirabad) audit yoxlamalarını həyata keçirmək; Qanunvericiliyə və daxili qaydalara uyğunluğun təmin olunması məqsədilə prosedur və siyasətlərin təhlilini aparmaq; Şirkət fəaliyyətinin səmərəliliyinin artırılması, risklərin azaldılması və proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə hesabat vermək. İş şərtləri: Əmək haqqı razılaşma əsasında; Xidməti nəqliyyat vasitəsi, nahar və korporativ nömrə ilə təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göstərilən e-mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Audit şöbəsinin rəhbəri” qeyd etməklə göndərməyiniz xahiş edilir.