Arxiv üzrə Mütəxəssis (Lökbatan)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

  • Bankın arxivinə daxil olan bank sənədlərinin qəbulu və saxlanılması.

  • Bankın departamentlərindən və filiallarından arxivə sənədlərin təhvil verilməsinə dair ərizələrin qəbulu.

  • Bankın sirrini təşkil edən məlumatların üçüncü şəxs(lər)ə bəlli olmasının qarşısının alınması.

  • Üçüncü (kənar) şəxslərin arxiv sahəsinə buraxılmasının qarşısının alınması.

  • Bank sənədlərinin, bank əməkdaşları olmayan şəxslərə ötürülməsinin qarşısının alınması.

  • Sənədlərin qorunub saxlanılması və arxiv sahəsində səliqə-səhman təmin olunması.

  • Arxiv sahəsində sənədlərin şöbə və filial üzrə yerləşdirilməsi.

  • Departamentlətrdən və filiallardan gələn sənədlərin, onlara əlavə edilmiş aktlarla tutuşdurulması.

  • Saxlanma müddəti bitmiş sənədlərin seçilməsi və məhv edilməsi prosesində iştirak etmək.

  • Sənədlərin mühafizəsinə dair tələb olunan bütün normativ hüquqi sənədlərin tələblərinə əməl etmək.

  • Arxiv daxilində əməyin mühafizəsinə və yanğın təhlükəsizli qaydalarına riayət etmək.

  • Arxiv və Adminstrasiya və Təhlükəsizlik departamenti rəhbərləri tərəfindən qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil;

  • Arxiv və sənəd idarəetməsi sahəsində ən azı 1 il iş təcrübəsi;

  • Arxiv sənədlərinin qəbulu, qeydiyyatı, saxlanılması və çeşidlənməsi üzrə praktiki biliklər;

  • MS Office proqramlarında işləmək bacarığı;

  • Məsuliyyətlilik, dəqiqlik və intizamlı yanaşma;

  • Komandada işləmək və yüksək ünsiyyət bacarığı.

Necə Müraciət Etmək Olar

AccessBank

AccessBank

AccessBank Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə və kommersiya banklarından biridir. Bank 2002-ci ildə Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə yaradılıb. AccessBank əsasən kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində ixtisaslaşıb və fərdi müştərilər üçün də geniş bank xidmətləri təqdim edir. Bank fəaliyyətində şəffaflıq, əlçatan maliyyə xidmətləri və sahibkarlığın dəstəklənməsi prinsiplərini əsas tutur. AccessBank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bank həmçinin innovativ yanaşmaları və müştəriyönümlü xidməti ilə Azərbaycanın bank sektorunda etibarlı maliyyə institutlarından biri kimi tanınır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17508

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya