Aqronom
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
İşçiyə qoyulan tələblər:
Aqrar sahəsi üzrə Ali təhsil;
Aqronom vəzifəsi üzrə ən azı 3-5 illik iş təcrübəsi;
MC Office proqramından istifadə bacarığı;
Analitik düşünmə, analiz etmə qabiliyyəti, məsuliyyətli, komanda ilə işləmə.
Vəzifə öhdəlikləri:
Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
Şaftalı, nektarin, heyva, ərik, xurma və badam bağlarında aqrotexniki tədbirlərin planlaşdırılması və icrasına nəzarət;
Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır;
Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
Kimyəvi maddələrin, Pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
Əkin üçün torpağın hazırlanması işinin təşkili;
Tinglərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir;
Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir;
Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir;
Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyələr verir.
İş şərtləri:
İş yeri: Ağcabədi rayonu
Əmək haqqı razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Aqronom” qeyd etməklə göndərməyiniz xahiş edilir.
Necə Müraciət Etmək Olar
Az Aqro Taxıl MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5104
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə