Aparıcı mühasib (Masazır)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 17 iyun 2026
Təsvir
Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək;
Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək;
İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək;
Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək;
İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək;
Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək;
Kreditorlar üzrə üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;
Vergi bəyannamələrinin (ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi;
Bütün statistik hesabatların təqdim edilməsi;
Audit və vergi yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların hazırlanmasını təmin etmək;
Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək;
Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası.
Tələblər
Təhsil: Ali (Iqtisadi təhsil);
İş təcrübəsi: 3 ildən az olmayaraq;
Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar;
Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Mətanət A zavodu (Masazır ərazisi).
Biz nə təklif edirik:
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Dinamik və gənc komanda ilə iş imkanı;
Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17130
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000