Aparıcı mühasib
Təcrübə
Orta Səviyyə
1.300 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 22 iyun 2026
Təsvir
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatları n vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
Kassa əməliyyatlarının yerinə yetirilməsi.
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
Elektron qaimə , faktura, hesab fakturalarının işlənməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Əsas tələblər:
Staj: minimum 3 il
Yaş: 25 — 40 yaş
Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək.
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Namizədin rus dili biliyi olması mütləqdir.
İş şərtləri:
İş qrafiki: Həftənin 5 günü ( Həftə içi 09:00-dan 18:00 dək)
istirahət günü: Şənbə, bazar.
Əmək haqqı: 1300 — 1500 Azn
Sınaq müddəti: 3 ay
Ərazi: Bakı
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı mühasib” qeyd edərək qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Business Accounting
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17770
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə