Aparıcı Mühasib
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 25 iyun 2026
Təsvir
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;
Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil
İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.
ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;
Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsinin təmin edilməsi.
Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Tender sənədlərinin hazırlanması
Şirkətin hüquqi sənədlərinə dəyişiklik edilməsi
İş şəraiti:
Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
Korporativ mobil nömrə;
Əmək haqqı - 1500 - 2000 AZN (danışıq əsasında)
Namizəd üçün tələblər
Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 (iki) il
Rus dili biliyi və ingilis dili arzuolunandır
Office proqramlarında, əsasən EXCEL-də yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
PMS (Peşəkar Mühasib Sertifikatı) MHBS /MHBS- KOS sertifikatı;
Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Abacus Audit and Consulting
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17500
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə