Aparıcı mühasib

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

  • Müəssisənin vergi öhdəliklərinin qorunması və uçot əməliyyat işlərinin həyata keçirilməsində veriləni icra etmək;

  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatları yerinə yetirmək;

  • Vergi sahəsi ilə bağlı əməliyyatlar - Vergi orqanları ilə yazışmalar aparmaq,Vergi orqanlarından daxil olan məktubları vaxtında cavablandırmaq;

  • Vergi hesabatlarını (ƏDV, ÖMV, Vahid bəyannamə, Sadələşmiş vergi və s vergi hesabatları) hazırlamaq və təqdim etmək;

  • Müəssisənin aylıq debitor-kreditorlar barədə məlumatlarını hazırlamaq;

  • Müəssisə üzrə aylıq əmək haqqıların, məzuniyyət, ezamiyyət, xəstəlik ödənişi, son haqq-hesabın hesablanması və ödənilməsini icra etmək;

  • İnternet banking üzərindən büdcə ödənişləri, ölkədaxili və xarici ödənişlər;

  • New-E-taxes.gov.az, E-gov.az sistemlərində əməliyyatları icra etmək;

  • Elektron -qaimələrinin, hesab-fakturaların tərtib edilməsi, göndərilməsi və köçürmələrini həyata keçirmək;

  • Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında icra edilməsi;

  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

  • Sistemə daxil olan uyğunsuzluq haqqında vaxtında məlumat vermək;

  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

  • İş qrafiki: 5 günlük, Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək

  • Əmək haqqı: 800-1000 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.)

  • İş yeri: Yasamal rayonu, Azad Mirzəyev, 6c (Statistika komitəsinə yaxın)

Tələblər

  • Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

  • İş təcrübəsi: müvafiq sahədə 1-3 il iş təcrübəsi

  • Yaş həddi: 23-35 yaş arası (Bəy namizədlərə üstünlük verilir)

  • Mühasibatlığa dair cari qanunvericilik haqqında (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) biliklər;

  • Mühasibat uçotu standartları haqqında biliklər;

  • 1C 8.3 proqramında işləmək bacarığı;

  • Excel-də işləmək bacarığı;

  • Ms-office proqramlarında işləmək bacarığı

Müraciət etmək istəyən namizədlərin göstərilən email ünvanına mövzu hissəsinə “Aparıcı mühasib” yazmaqla CV-lərini göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Green Cleaning MMC

Green Cleaning MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14983

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə