Aparıcı mühasib
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)
Statistika hesabatlarının hazırlanması və göndərilməsi
Tələblər
İqtisadi və ya riyazi ali təhsil
1-2 il iş təcrübəsi (Consulting firmasında olması üstünlükdür)
1C (mühasibat) və ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı
E-qaimənin yazılması, yerli və xarici ödənişlər
Elektron sistemlərdən yaxşı istifadə bacarığı
Sadələşdirilmiş, ÖMV vahid bəyannamə və statistika hesabatlarının hazırlanması
Əmək haqqı hesablaması
Biz nə təklif edirik?
Mehriban, dinamik və daim köməyə hazır komanda
Layihədaxili təlimlər
Şəxsi və peşəkar inkişaf
Karyera imkanları
Əmək haqqı 600-800 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 070 493 32 03
Necə Müraciət Etmək Olar
Business Service Centre LTD
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12831
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə