Aparıcı mühasib
Təcrübə
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 9 mart 2026
Son Tarix: 9 aprel 2026
Təsvir
Aparıcı mühasib vəzifəsi üzrə elan
Şirkət: Business Accounting
Ərazi: Bakı, Nərimanov rayonu
Maaş: 1500 — 1800 ₼
Staj: 3-5 il
Yaş: 25 — 40 yaş
Təhsil: Ali təhsil (bakalavr)
İş rejimi: 5 günlük iş qrafiki
İş barədə məlumat:
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
Kassa əməliyyatlarının yerinə yetirilməsi.
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
Bank hesabları üzrə ödənişlərin (yerli və xarici) həyata keçirilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
Elektron qaimə, faktura, hesab fakturalarının işlənməsi;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Hesabatların təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Statistika, Vahid Bəyannamə)
Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Əsas tələblər:
Ali təhsil (İqtisadiyyat, audit, maliyyə və ya mühasibatlıq üzrə).
Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək.
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İKT sferasında təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şərtləri:
İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü: Şənbə, bazar.
Əmək haqqı: 1500-1800 AZN
Sınaq müddəti: 3 ay
Cv formasında şəkil olması mütləqdir.
Namizədin rus dili biliyi olması üstünlükdür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə hissəsinə “Aparıcı mühasib” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Business Accounting
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10767
İş Növü
Təcrübə
Təcrübə Səviyyəsi
Orta Səviyyə