Ana Səhifə
Vakansiyalar

Aparıcı mətn yazarı

Aparıcı mətn yazarı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 5 aprel 2026

Təsvir

  • Marketinq kampaniyaları üçün mətnlərin hazırlanması (sloqan, kampaniya mesajları və s.);

  • Reklam və video layihələri üçün ssenarilərin yazılması;

  • Sosial media və digər kanalları üçün kontentin hazırlanması;

  • Kreativ strategiya və kommunikasiya istiqamətlərinin hazırlanmasında iştirak edilməsi;

  • Yeni kampaniya ideyalarının və kreativ konseptlərin təklif edilməsi;

  • Brend tonuna uyğun mətnlərin hazırlanması və kommunikasiya vahidliyinin qorunması;

  • Kontent hazırlanması prosesində AI alətlərindən (məsələn, generativ mətn və ideya alətləri) effektiv şəkildə istifadə edilməsi.

Tələblər

  • Ali təhsil;

  • Azərbaycan dilində səlis yazı və nitq bacarığı, rus dili biliyi arzuolunandır;

  • Kopirayter vəzifəsində minimum 2 il iş təcrübəsi;

  • Analitik və araşdırma bacarığı;

  • Kreativ düşüncə və ideya generasiya etmək bacarığı.

Qeyd: Müraciət zamanı portfolio göndərilməsi mütləqdir.

Necə Müraciət Etmək Olar

Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10554

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya