Aparıcı Linux administrator
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 30 yanvar 2026
Təsvir
Vəzifəyə olan tələblər:
Ali təhsil (İT və ya əlaqəli sahə arzuolunandır);
Red Hat Enterprise Linux OS üzrə praktik biliklər və real iş təcrübəsi;
Linux sistemlərinin idarə edilməsi, problemlərin analizi və həll edilməsi, performans optimizasiyası üzrə biliklər;
Shell scripting (bash) və sistemlərin avtomatlaşdırılması üzrə praktiki təcrübə;
Konfiqurasiya və avtomatlaşdırılma prosesləri üçün Ansible ilə işləmə təcrübəsi;
CI/CD anlayışları və Git üzrə iş təcrübəsi;
Container texnologiyaları üzrə əsas biliklər (Docker, Kubernetes anlayışı);
Monitoring və observability sahəsində baza anlayışları (metrics, logs, traces; OpenTelemetry ilə tanışlıq arzuolunandır);
Log toplama və analiz üzrə ilkin təcrübə (ELK/Graylog);
ITIL üzrə ümumi anlayışlar;
CIS və PCI DSS standartları haqqında ümumi biliklər;
İT sahəsində 3+ il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst, İngilis dilində texniki səviyyədə biliklər;
RHCE və CKA üstünlükdür.
Vəzifə öhdəlikləri:
Şirkətdə istifadə olunan Linux əsaslı sistemlərin stabil və fasiləsiz işləməsinə nəzarət etmək;
Linux serverlərin gündəlik administrasiyası, sazlanması və texniki problemlərin aradan qaldırılması;
Sistemlərin təhlükəsizliyinin təmin edilməsi və CIS, PCI DSS tələblərinə uyğun tənzimlənməsi;
Sistem performansının monitorinqi və optimizasiyası üzrə tədbirlərin görülməsi;
Gündəlik işlərin avtomatlaşdırılması üçün skriptlərdən və Ansible əsaslı həllərdən istifadə etmək;
CI/CD proseslərin avtomatlaşdırılması və optimallaşdırılması;
Container mühitləri ilə işləmək (mövcud Kubernetes/Docker mühitlərinin dəstəklənməsi);
Monitoring və observability alətlərindən istifadə edərək sistemlərin vəziyyətini izləmək;
Daxili texniki sənədlərə, siyasət və standartlara uyğun işləmək.
Namizədlər göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azericard
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4022
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə