Ana Səhifə
Vakansiyalar

Məhsulların dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi

Məhsulların dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 11 yanvar 2026

Təsvir

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;

  • Prosessinq, kart məhsulları, elektron ödənişlər və ya bu istiqamətlər üzrə ən azı 1 il iş təcrübəsi;

  • Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;

  • Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;

  • Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;

  • Peşəkar karyeraya başlamaq üçün yüksək motivasiya və həvəs;

  • Öz üzərində çalışma və inkişaf etmə istəyi;

  • Analitik yanaşma qabiliyyəti;

  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;

  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;

  • Şirkətdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;

  • Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi;

  • Kart məhsulları və terminallar üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;

  • Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);

  • Mövcud layihələrə dəstək verilməsi;

  • Xüsusi proqram təminatından istifadə edərək təyin olunmuş sənədlərin işlənməsi;

  • Xidməti məlumatların məxfiliyinin qorunması.

Namizədlər qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2562

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektron ticarət və hesablama sistemləri üzrə mütəxəssis

Tam Ştat

Vəzifəyə olan tələblər: Ali təhsil (texniki təhsil); Linux əməliyyat sistemləri ilə işləmə bacarığı; Application və Web serverləri ilə işləmə bacarığı; Ödəniş sistemlərindən və Elektron kommersiya xidmətlərindən analayış; HTML, JSS, CSS bilikləri; İşin vaxtında və keyfiyyətli təhvil vermək; Sürətlə öyrənmək və komanda daxilində işləmək bacarığı. Vəzifə öhdəlikləri: Şirkət tərəfindən xidmət göstərən avadanlıqların və cavabdeh olduğu sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını və tətbiq edilməsini təmin edir; İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurur və həyata keçirdir; Şirkət tərəfindən xidmət göstərən avadanlıqların və cavabdeh olduğu sistemlərin fasiləsiz işlək vəziyyətdə olmasına nəzarət edir və texniki monitorinq keçirdir; Şirkət tərəfindən xidmət göstərən avadanlıqların və cavabdeh olduğu sistemlərin fəaliyyətində yaranmiş problemlərin aradan qaldırılması üçün operativ tədbirlər gorür və onların yaranma səbəblərini vaxtında araşdırır; Şirkət tərəfindən xidmət göstərən avadanlıqların və cavabdeh olduğu sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında məlumat verir; Həll edə bilmədiyi problemləri təchizatçı şirkətin müvafiq əməkdaşlarına ötürür və lazım olan məlumatı təqdim edir. Namizədlər göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Kibertəhlükəsizlik zəifliklərin idarəetməsi üzrə mütəxəssisi

Tam Ştat

Vəzifəyə olan tələblər: Ali texniki təhsil; Veb tətbiqlərin qurulma və testləşdirmə metodları üzrə biliklər; Təhlükəsizlik skanerləri (Rapid7, Tenable Nessus və s.) ilə iş təcrübəsi; Əməliyyat sistemlərində, tətbiqlərdə zəifliklərin axtarış və istifadəsi üzrə iş təcrübəsi; Aktual informasiya təhlükəsizliyi təhdidləri, kiber hücumların həyata keçirilməsi alətlər və texnologiya, mühafizə metodları üzrə biliklər; Zəifliklərin sənədləşmə metodoloiyaları - CVE, CWE, CVSS və s.üzrə biliklər; OWASP TOP 10 üzrə biliklər; Şəbəkə əsasları üzrə biliklər; Verilənlər bazaların idarəetmə sistemləri (Oracle, Postgres, MS SQL) üzrə əsas biliklər; Proqramlaşdırma bilikləri və ya iş təcrübəsi (Python, Powershell, Bash); Texniki sənədlərin oxuma və təhlil edilməsi bacarıqları; Məsuliyyətli təşəbbüskarlıq, nəticə yönümlülük, komanda işi bacarıqları; Əməliyyat sistemlərinin və tətbiqlərin yaxşı təcrübələrə, standartlara uyğunluluq təhlilin aparılması üzrə iş təcrübəsi arzuolunandır; İKT infrastrukturunun, o cümlədən əməliyyat sistemlərin və tətbiqlərin mühafizə təhlilinin aparılması üzrə iş təcrübəsi arzuolunandır; Təhlükəsizlik testləşdirmə texniki vasitələrilə iş təcrübəsə və/və ya biliklər (“Metasploit”, “Burp Suite”, “OWASP Zap”) arzuolunandır; CTF-də iştirak təcrübəsi arzuolunandır; “Bug bounty” proqramlarında iştirak arzuolunandır; Skript dilləri üzrə biliklər (Python, Powershell, Bash) arzuolunandır. Vəzifə öhdəlikləri: Zəifliklərin avtomatlaşdırmış və əl ilə (“manual”) axtarılması, kritikliyinin giymətləndirməsi və prioritetləşdirmə; İT mütəxəssislər tərəfindən zəifliklərin aradan qaldırılması üzrə inisiasiya, planlaşdırma və nəzarət; Zəifliyin aradan qaldırılması mümkün olmadığı halda kompensasiya tədbirlərin görülməsi; Hesabatların hazırlanması; Zəifliklərin idarəetmə prosesinin təhlili və təkmilləşdirilməsi; Zəifliklərin axtarılması üzrə avtomatlaşdırma texniki vasitələrinin inzibatçılığı (“VM&BAS”) “Security Operations Center - SOC” məsələləri üzrə “SOC” mərkəzinin digər işçilərilə əməkdaşlıq. Namizədlər göstərilən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bakı