Aparıcı Dizayn Memarı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Shop Drawings və As-Built mərhələləri daxil olmaqla, memarlıq çertyojlarının yekun versiyaya hazırlanmasına rəhbərlik etmək və koordinasiya etmək
Memarlıq işlərini müxtəlif sahələr üzrə (memarlar, mühəndislər, konsultantlar) nəzarət etmək və əlaqələndirmək
Memarlıq komandası üçün həftəlik və aylıq fəaliyyət hesabatlarını hazırlamaq və təqdim etmək
Tədqiqatlar, funksional tələblər və tikinti qaydalarına əsaslanaraq binaların planlanması və dizaynını həyata keçirmək
Layihəyə uyğun dizayn parametrlərini müəyyən etmək: məkan əlaqələri, materiallar, avadanlıqlar və bitirmə işləri (finishes)
Layihə planını hazırlamaq və mühəndis sistemlərini vahid dizayn çərçivəsində inteqrasiya etmək
Sahəyə mütəmadi baxışlar (site visits) həyata keçirərək icranın təsdiqlənmiş planlara və memarlıq konseptinə uyğunluğunu yoxlamaq
Təklif olunan dizayn dəyişikliklərini və variasiyaları nəzərdən keçirmək, təsdiq və ya imtina ilə bağlı rəy vermək
Bütün memarlıq dizayn təqdimatlarının koordinasiyasını və keyfiyyət nəzarətini idarə etmək
Təyin olunmuş memarlıq materialları və bitirmə elementlərinin satınalma prosesinə rəhbərlik etmək
Tələblər
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil:
Memarlıq üzrə bakalavr və ya magistr dərəcəsi
Xüsusi ixtisas sahələri:
Memarlıq dizaynının idarə olunması
Tikinti detallarının hazırlanması (construction detailing)
Shop Drawings hazırlanması
Fənlərarası (interdisciplinary) koordinasiya
İş təcrübəsi:
Memarlıq dizaynı və sahə koordinasiyası üzrə minimum 7–10 il iş təcrübəsi
Dil və kompüter bilikləri:
AutoCAD, Revit, BIM alətləri və MS Office proqramlarında yüksək səviyyə
Azərbaycan dili – sərbəst
İngilis dili – yaxşı səviyyə
Rus dili – üstünlükdür
XÜSUSİ TƏLƏBLƏR
Güclü liderlik və koordinasiya bacarıqları
Yerli və beynəlxalq tikinti norma və standartları üzrə dərin bilik
Dizayndan tikintiyə qədər böyükmiqyaslı layihələrin idarə olunması təcrübəsi
Sahə şəraitinə uyğun olaraq dizayn dəyişikliklərini analiz etmək və uyğunlaşdırmaq bacarığ
Necə Müraciət Etmək Olar
Pasha Real Estate
Other
PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16378
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+