Aparıcı Auditor

Bakı

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 10 aprel 2026

Son Tarix: 30 aprel 2026

Təsvir

İş şəraiti:

  • Struktur: Daxili Audit Departamenti

  • Birbaşa rəhbər: Daxili Audit Meneceri

  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Vəzifə öhdəlikləri:

  • İllik audit planına əsasən daxili audit yoxlamalarının həyata keçirilməsi;

  • Audit layihələri üzrə risk əsaslı audit planlarının hazırlanması və audit prosedurlarının icrası;

  • Komanda üzvü qismində səmərəli çalışması, öhdəliklərin bölüşülməsi, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparılması;

  • Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatları toplayaraq analiz edilməsi;

  • Kiçik auditorların işlərinin yönləndirilməsi, metodoloji dəstək və inkişaflarının təmin edilməsi;

  • Əməliyyat, maliyyə və uyğunluq auditlərinin aparılması;

  • İstehsalalat proseslərinin, məhsuldarlıq göstəricilərinin və itkilərin təhlili;

  • Resurslardan (torpaq, gübrə, toxum, texnika və s.) istifadə səmərəliliyinin qiymətləndirilməsi;

  • Müəyyən edilmiş uyğunsuzluqlar və risklər üzrə tövsiyələrin hazırlanması və icrasına nəzarət;

  • Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

  • Daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi;

  • Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirilməsi.

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil ;

  • Müvafiq sahədə minimum 2-3 ilə iş təcrübəsi;

  • ACCA, CIA və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;

  • Kənd təsərrüfatı və ya istehsalat sahəsində təcrübə üstünlük hesab olunur;

  • Ezamiyyətlərə açıq olmaq və  sahə auditlərində aktiv iştirak etmək;

  • Kommunikasiya və təqdimat bacarıqları;

  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;

  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;

  • Azərbaycan dili səlis, İngilis dili – işgüzar yazışma və oxu səviyyəsində;

  • MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;

  • Korporativ tibbi sığorta paketi;

  • Peşəkar və liderlik inkişaf proqramları;

  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;

  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;

  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;

  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;

  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Aparıcı Auditor” qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#13238

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer