Ana Səhifə
Vakansiyalar
Nəqliyyat və Logistika
Anbardar

Anbardar (Sərnişin daşımaları departamenti)

Anbardar (Sərnişin daşımaları departamenti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 1 may 2026

Təsvir

  • Xidmət sahəsində yük daşınmaları, yükün anbara qəbulu və məxarici prosesinə nəzarət etmək;

  • Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək;

  • Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturası, onların xassələri və təyinatına görə yerləşdirmək;

  • Materialların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılmasını təmin etmək;

  • Anbarda materialların hərəkəti, mühafizəsi və uçotunu təşkil etmək.

Tələblər

  • Təhsil: Ümumi təhsil

  • Anbar təsərrüfatının aparılma qaydaları ilə bağlı biliklər

  • Diqqətlilik

  • Proqnozlaşdırma

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14807

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizat sexinin rəisi (Sərnişin daşımaları departamenti)

Tam Ştat

Azərbaycan Respublikasının əmək qanunvericiliyi və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində İntizam Nizamnaməsinə əsasən müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayyət etməklə, rəhbərlik tərəfindən verilən əmr və göstərişləri, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək; İstehsalat sahəsinin ilkin əmək kollektivinə bilavasitə rəhbərlik etmək, sexdə fəhlələrin təlimi və əmək məhsuldarlığının artmasına xüsusi diqqət yetirmək; Rəhbərlik etdiyi sexin fəaliyyətinə, qarşısına qoyulmuş tapşırıqların keyfiyyətlə həyata keçirilməsinə diqqətlə yanaşmaq və vəzifə borclarının vicdanla yerinə yetirilmək; Fəhlə və briqadirlərin ixtisasını və peşə bacarığını artırmaq, onlara ikinci sənədi öyrətmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; Vaqonlarda quraşdırılmış avadanlıqların dəyişdirilməsi, təmiri və texniki xidmətinin təşkilini, sexlərdə olan dəzgah, mexanizm, cihaz və qurğuların düzgün istismarını, vaqonların reysə hazırlanması və təchizatı işlərinə rəhbərlik etmək; Xammal, material, yanacaq, elektrik enerjisi və digər təbii ehtiyyatlardan səmərəli istifadə olunmasını, fəhlə və briqadirlərin düzgün yerləşdirilməsini, texnoloji proseslərə və rəhbər təlimatların tələblərinə riayət edilməsini təmin etmək; Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və təchizat planının hazırlanmasına, müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarət etmək və dəstək göstərmək; İstehsal zərurəti ilə bağlı mal-material qəbulu və gündəlik ehtiyat qalığının hesabatını aparmaq; Müvafiq olaraq periodik təmir baxım işlərini planlaşdırmaq və həyata keçirmək; Sexdə çalışan işçilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə, əmək şəraitinin vəziyyətinə operativ daim nəzarət etmək; Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex əməkdaşlarını daimi məlumatlandırmaq; Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılması, əmək haqqı və maddi həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini təşkil etmək;

SƏTƏMM üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)

Tam Ştat

Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə görülən işlərə nəzarət etmək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək. Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;