Anbardar
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Gələn malların miqdarı və keyfiyyətinin sifariş sənədlərinə uyğunluğunu yoxlamaq və hər hansı uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək.
Malların yüklənməsi və boşaldılması zamanı düzgün fiziki əməliyyatları yerinə yetirmək və etibarlı sənədləşməni təmin etmək.
Anbar daxilində məhsulların kateqoriyalar üzrə düzgün şəkildə yerləşdirilməsini və işarələnməsini təmin etmək.
Anbar sahəsinin səliqə və təhlükəsizlik baxımından daimi yoxlanmasını həyata keçirmək və potensial riskləri müəyyən edərək qabaqlayıcı tədbirlər görmək.
Tələb olunduqda, daşımalar üçün məhsulların qablaşdırılması, etiketlənməsi və göndərişə hazırlanması işlərini yerinə yetirmək.
Günlük, həftəlik və aylıq inventar hesabatları üçün ilkin məlumatları toplamaq və rəhbərliyə təqdim etmək.
Təhlükəli və tez xarab olan məhsulların xüsusi saxlama qaydalarına uyğun olaraq idarə edilməsini təmin etmək.
Anbarla bağlı istifadə olunan avadanlıq və texnikanın (araba, forklift və s.) düzgün işləməsini yoxlamaq və nasazlıq hallarında məsul şəxslərə məlumat vermək.
Bilik və bacarıqlarına uyğun olaraq rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Bakalavr dərəcəsi.
Müvafiq sahədə 2 il iş təcrübəsi.
Microsoft Office proqramları (Word və Excel).
Azərbaycan dilini bilməli, ingilis dili orta səviyyədə olmalıdır.
Güclü problem həll etmə bacarığı və mürəkkəb əməliyyatları idarə etmək qabiliyyəti.
Diqqətlilik və təzyiq altında dəqiqliyi qorumaq bacarığı.
Təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları.
Anbar əməliyyatlarının bütün mərhələlərində Good Distribution Practice (GDP) və Good Manufacturing Practice (GMP) tələblərinə uyğunluğun təmin edilməsi.
Anbarda temperatur və rütubət göstəricilərinin gündəlik olaraq izlənilməsi və qeydiyyata alınması; hər hansı sapma halında Keyfiyyətə Nəzarət (QA) və ya məsul şəxsə məlumat verilməsi.
Zərərvericilərə qarşı nəzarət və gigiyena ilə bağlı müşahidələrin məsul şəxsə bildirilməsi.
Anbar İdarəetmə Sistemlərindən (WMS) və ya ERP proqram təminatından (məsələn, SAP) istifadə edərək ehtiyatların izlənilməsi və sənədləşdirilməsi bacarığı.
Hər hansı bir yayınma, spesifikasiyadan kənar nəticə (OOS) və ya trendlərdən kənar müşahidə (OOT) olduqda dərhal rəhbərliyə və ya QA komandasına məlumat verilməsi.
Üstünlüklər:
Servis avtobusu
Nahar
Paşa Sığorta
Paşa Həyat (Yığım sığortası)
İş Şəraiti:
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
İş yeri: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı–Şamaxı magistralından 15 km məsafədə
Maraqlanan namizədlər CV-lərini birbaşa LinkedIn üzərindən və ya qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər və mövzu hissəsində “Anbardar” vəzifəsinə müraciət etdiklərini qeyd etməlidirlər.
Qeyd: İş tələblərinə uyğun gəlməyən və ya son müraciət tarixindən sonra müraciət edən namizədlərin müraciətlərinə baxılmayacaq.
Necə Müraciət Etmək Olar
Scandens
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12713
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə