Vəzifə öhdəlikləri:
Gələn malların miqdarı və keyfiyyətinin sifariş sənədlərinə uyğunluğunu yoxlamaq və hər hansı uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək.
Malların yüklənməsi və boşaldılması zamanı düzgün fiziki əməliyyatları yerinə yetirmək və etibarlı sənədləşməni təmin etmək.
Anbar daxilində məhsulların kateqoriyalar üzrə düzgün şəkildə yerləşdirilməsini və işarələnməsini təmin etmək.
Anbar sahəsinin səliqə və təhlükəsizlik baxımından daimi yoxlanmasını həyata keçirmək və potensial riskləri müəyyən edərək qabaqlayıcı tədbirlər görmək.
Tələb olunduqda, daşımalar üçün məhsulların qablaşdırılması, etiketlənməsi və göndərişə hazırlanması işlərini yerinə yetirmək.
Günlük, həftəlik və aylıq inventar hesabatları üçün ilkin məlumatları toplamaq və rəhbərliyə təqdim etmək.
Təhlükəli və tez xarab olan məhsulların xüsusi saxlama qaydalarına uyğun olaraq idarə edilməsini təmin etmək.
Anbarla bağlı istifadə olunan avadanlıq və texnikanın (araba, forklift və s.) düzgün işləməsini yoxlamaq və nasazlıq hallarında məsul şəxslərə məlumat vermək.
Bilik və bacarıqlarına uyğun olaraq rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi