Tam Ştat

Orta Səviyyə

1.000 AZN-dən

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

Vəzifə təlimatı:

  • Anbara daxil olan və çıxan materialların qəbul və təhvil prosesini həyata keçirmək.

  • Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq.

  • Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək.

  • Anbar uçotunun ERP sistemi üzərindən aparılması.

  • ERP proqramında mədaxil və məxaric əməliyyatlarını vaxtında və düzgün şəkildə qeyd etmək.

  • Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq.

  • Qalıqlara nəzarət etmək və rəhbərliyə məlumat vermək.

  • İnventarizasiya prosesində iştirak etmək.

  • Maddi-məsul şəxs kimi anbarın təhlükəsizliyini və nizam-intizamını təmin etmək

Namizədə dair tələblər:

  • Yaş həddi 25-50

  • Bəy namizəd tələb olunur

  • Anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür)

  • ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər)

  • MS Office proqramlarında işləmək bacarığı.

  • Sənədləşmə və uçot qaydalarını bilmək.

  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq.

Təminatlar:

  • İş qrafiki: 6 günlük

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə

  • Əmək haqqı: 1000- 1200 AZN

Maraqlanan namizədlər öz CV-lərini  qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Kontinent İnşaat MMC

Kontinent İnşaat MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10565

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Təchizatçı

Tam Ştat

Vəzifə öhdəlikləri: Yerli və beynəlxalq bazarda mallar və xidmətlər axtarmaq, malların, işlərin və xidmətlərin təchizatı üzrə tender sənədlərin və təkliflərin sorğularını hazırlamaq; Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış; Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi; Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq; Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları; Təchizat sifarişlərinin icrası (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); Şirkətlərdən daxil olan sifarişlərin alınıb təhvil verilməsi; Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq; Daxili tələbat üçün hesabatların hazırlanması; Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi; Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması; Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət; Xarici bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi; Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması); Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək; Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək;

Smeta mühəndisi

Tam Ştat

Vəzifə öhdəlikləri: Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi; Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi; Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması; Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması; Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması; İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması; İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi; Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması; Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi; Tikintisi başa çatmış obyektlər üçün  çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi; Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması; Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili; Vahid qiymət analizləri; Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi; Tikinti materialları və inventarına nəzarət;