Vəzifə öhdəlikləri:
Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması;
Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
Vahid qiymət analizləri;
Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
Tikinti materialları və inventarına nəzarət;