Ana Səhifə
Vakansiyalar

Anbar fəhləsi (Sabirabad)

Anbar fəhləsi (Sabirabad)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

  • Əmtəə-maddi sərvətlərin anbara qəbul edilməsi, buraxılması və lazım gəldikdə geri qaytarılması proseslərində iştirak etmək;

  • Malların anbar sahəsinə düzgün və səmərəli şəkildə yerləşdirilməsini təmin etmək;

  • Mal-material, inventar, təkər, motor və sürtkü yağları, zəhərli dərmanların yüklənməsi və boşaldılması proseslərini təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək;

  • Yükqaldırıcı platforma və avtoyükləyici texnikadan təhlükəsiz şəkildə istifadə etməklə yükləmə-boşaltma əməliyyatlarını icra etmək;

  • Malların stellajlara yığılması və oradan götürülməsi zamanı göndəriş sənədlərinə uyğun işləmək;

  • Sifarişçilərə malların təhvil verilməsi, sayılması və yüklənməsi proseslərində aktiv iştirak etmək;

  • Anbar müdirinin, baş anbardarın və anbardarların göstərişlərinə əsasən sayım, yerləşdirmə, təmizlik və təhlükəsizlik işlərini yerinə yetirmək;

  • Yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək;

  • Anbarın və fərdi iş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək, lazım gəldikdə ümumi təmizlik işlərində iştirak etmək;

  • Nasazlıq və texniki uyğunsuzluqları dərhal rəhbərliyə bildirmək;

  • Müəssisənin ətraf mühit və təhlükəsizlik prosedurlarına uyğun şəkildə tullantıların təmizlənməsi və təhlükəsiz iş şəraitinin qorunmasını təmin etmək.

Tələblər

  • Orta təhsil;

  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;

  • Daxili əmək rejimi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə əsas qaydaları bilməli;

  • Avtoyükləyici ilə işləmək üçün xüsusi sertifikat və vəsiqə arzuolunandır.

Səriştə və bacarıqlar:

  • Komandada işləmək bacarığı;

  • Məsuliyyətli və etibarlı yanaşma;

  • Düzgünlük və intizamlılıq;

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə sahəsində zəruri biliklərə malik olmaq.

Əlavə məlumat:

  • İş rejimi: 6 günlük iş qrafiki;

  • İş yeri: Sabirabad şəhəri.

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10627

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Nəqliyyat mexaniki (Zərdab)

Tam Ştat

Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək göstərmək və onun məzuniyyət və ezamiyyəti zamanı funksiyalarını əvəz etmək; Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarı və saz vəziyyətdə saxlanılmasını təmin etmək; Nəqliyyat vasitələrinin gündəlik baxışını və işə hazırlanmasını həyata keçirmək; Nasazlıqların vaxtında müəyyən olunması və operativ aradan qaldırılması üçün texniki yoxlamalar aparmaq; Ehtiyat hissələrinin qənaətcil və düzgün istifadəsinə nəzarət etmək; Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlıqların modernləşdirilməsinə və texniki nəzarətə rəhbərlik etmək; Köhnəlmiş və yararsız ehtiyat hissələrinin təyini və onların təmir cədvəllərinə uyğun yenilənməsini təmin etmək; Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək; Lazımi material və ehtiyat hissələrinin ölçüsü, tipi və uyğunluğunu müəyyənləşdirmək, təminatını təşkil etmək; İş planına uyğun potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirləri həyata keçirmək; Təmirə hazırlıq məqsədilə iş ərazisini və avadanlığı hazırlamaq; Təlimat kitabçalarına əsasən lazımi texniki məlumatları tətbiq etmək və iş zamanı istifadə etmək; Hissələrin sökülməsi və yararlılığının texniki sənədlərə uyğun qiymətləndirilməsini təmin etmək; Təmir prosesinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirmək, gələcək qulluq üçün məlumatları aidiyyəti işçilərlə paylaşmaq; İşə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırmaq; Təmir işlərinin ardıcıllığını və proseslərin planlamasını həyata keçirmək; İstifadə olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlamaq; İstifadə olunan materiallar və tətbiq olunan metodlar üzrə proses qeydlərinin aparılması; Xidmət və texniki fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi.