Agile Coach
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
PAŞA Sığorta ASC namizədləri Agile Coach vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Agile Coach olaraq təşkilat daxilində çevik yanaşmaların tətbiqi və inkişafında, komandaların və liderlərin Agile metodologiyalarını mənimsəməsində və miqyaslandırılmasında əsas rol oynayacaqsınız. Siz çatdırılma proseslərinin təkmilləşdirilməsi, çevik mədəniyyətin formalaşdırılması və davamlı inkişaf düşüncəsinin təşviq edilməsi ilə biznesin transformasiyasına dəyər qatacaq, komanda və maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək təşkilati məqsədlərə nail olmağa töhfə verəcəksiniz.
Öhdəliklər
Çatdırılma proseslərinin təkmilləşdirilməsi üçün yeni təcrübə, alət və metodologiyaların tətbiqinə rəhbərlik etmək
Agile mərasimlərini (Daily Standup, Sprint Planning, Retrospective, Backlog Refinement və s.) təşkil və fasilitasiya etmək
Komandaların çevik yanaşmalar üzrə inkişafına dəstək olmaq və Agile praktikalarını təbliğ etmək
Komandalarda eksperiment yönümlü düşüncə tərzinin formalaşmasına təşviq etmək
Çatdırılma axınının effektivliyini təmin etmək və komanda potensialı ilə tələbi balanslaşdırmaq
Proses metriklərini təhlil etmək və qərarların qəbulunda istifadə etmək
Münaqişələri effektiv həll etmək, kompromislər tapmaq və məhsul komandaları ilə müsbət əlaqələri dəstəkləmək
Yeni ideyaların irəli sürülməsi və biznes məqsədlərinə nail olmaq üçün təşəbbüskarlıq göstərmək
Workflow-un vizual idarə olunmasına və işin vaxtında tamamlanmasına rəhbərlik etmək
Rüblük proqram boardunun idarə olunması, dəyər və xərclərin hesablanması, dövr vaxtının optimallaşdırılması
Agile/Lean texnikaları ilə məhsulların effektiv çatdırılmasına cavabdehlik daşımaq
Agile komandaların və proseslərin yetkinləşdirilməsi, dəyişikliklərin idarə olunması
Lazım olduqda komanda ilə xarici maraqlı tərəflər arasında körpü rolunu oynamaq
Bilik və Bacarıqlar
Scrum, Kanban, SaFe kimi müxtəlif Agile framework-lər üzrə biliklər
Agile mərasimlərinin fasilitasiya bacarığı
Backlog prioritetləşdirmə, user story mapping, proses metrikləri və SMART məqsədlərin yaradılması üzrə təcrübə
SDLC və inkişaf proseslərinin effektiv idarə olunması (Cycle Time)
Yüksək səviyyədə ünsiyyət, təqdimat, dinləmə və interpersonal bacarıqlar
Problemlərin həlli və analitik düşüncə bacarığı
Özünüidarə və təşəbbüskarlıq
Çoxsaylı prioritetlərin idarə olunması və təşkilatçılıq bacarığı
Dəyişikliklərin idarə olunmasına həvəs və başqalarını bu prosesə cəlb etmək bacarığı
Maraqlı tərəflərin idarə olunması bacarığı
Jira, Miro, MS Excel, MS Power Point, MS Power BI kimi alətlərlə işləmək bacarığı
Biznes prosesləri və analitik biliklər
Risklərin idarə olunması və yaradıcı düşüncə
Komandada işləmək və strateji düşüncə bacarığı
Emosional zəka və təşəbbüskarlıq
Dil bilikləri: Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
Ali təhsil (Layihə idarəetməsi, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi)
Agile framework-lər və praktikalar üzrə güclü anlayış
3-4 il Agile Coach və ya oxşar vəzifədə iş təcrübəsi
Scrum Master, SAFe Agilist və ya digər Agile sertifikatları (arzuolunandır)
Layihə idarəetməsi üzrə sertifikatlar (PMI-ACP, PMP və s.) üstünlükdür
Bizim Təklifimiz
Çoxşaxəli və peşəkar komanda ilə əməkdaşlıq imkanı
Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar
Şəffaf və açıq korporativ mədəniyyət
İnnovativ layihələrdə iştirak və real təsir imkanı
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
PASHA Insurance
Finance
PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18243
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000