Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi
Ağcabədi,, Azərbaycan
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
“Rabitəbank” ASC Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.
Tələblər
Ali təhsil;
Azərbaycan və Rus dillində sərbəst danışmaq bacarığı;
MS Office proqramları üzrə biliklər;
Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
Yüksək kommunikasiya və müştəri yönümlülük;
Məsuliyyətlilik və düzgünlük qabiliyyəti;
Dəqiqlik və detallara qarşı diqqətli olmaq qabiliyyəti;
Operativlik və problemləri həll etmək qabiliyyəti.
Necə Müraciət Etmək Olar
Rabitəbank
Finance
Rabitəbank Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və ölkənin maliyyə sektorunda uzunmüddətli təcrübəyə malik banklardan biri hesab olunur. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. Rabitəbank geniş filial şəbəkəsi və müasir xidmət infrastrukturu ilə müştərilərinə rahat maliyyə həlləri təklif edir. Bank fəaliyyətində innovasiya, təhlükəsizlik və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirərək mobil və internet bankçılığı vasitəsilə istifadəçilərə sürətli və rahat əməliyyat imkanları yaradır. Bank eyni zamanda sahibkarlığın dəstəklənməsi və ölkədə maliyyə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində aktiv fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17256
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+