Ana Səhifə
Vakansiyalar

Account specialist

Account specialist

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

Netant reklam agentliyinə Account Manager axtarılır. Seçilən namizəd agentliyin müştəriləri ilə işləyəcək — həm offline (event təşkili, promo kampaniyalar), həm də digital istiqamətlər üzrə.
Həm bu sahədə təcrübəsi olan, həmçinin də təcrübəsi olmayan, lakin inkişaf potensialı yüksək olan namizədlərin CV-lərinə baxılacaq. Şirkətdə perspektivli işçilər üçün treninqlər keçirilir.

Namizədə tələblər

  • Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma; ingilis dili — orta və yuxarı səviyyədə;

  • İqtisadiyyat, marketinq, menecment, riyaziyyat və ya texniki sahədə ali təhsil üstünlükdür;

  • Microsoft Office paketi (Excel, PowerPoint, Word, Outlook) ilə peşəkar səviyyədə işləmə bacarığı;

  • Süni intellekt (AI) alətlərindən iş prosesində istifadə bacarığı;

  • Analitik düşüncə tərzi — rəqəmlər, cədvəllər və verilənlər bazası ilə rahat işləmək;

  • Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü;

  • Digital reklam alətləri (Google Ads, Facebook Ads Manager, Google Analytics) ilə tanışlıq üstünlükdür;

  • İşgüzar yazışma (business correspondence) və şifahi ünsiyyət bacarığı;

  • Məsuliyyətlilik, məqsədyönlülük, komandada işləmə bacarığı və davamlı inkişaf istəyi.

Vəzifə öhdəlikləri

  • Mövcud müştəri bazası ilə gündəlik ünsiyyət və yazışma (əsasən e-mail vasitəsilə);

  • Media strategiyalarının hazırlanmasında iştirak, media planların tərtibi və icrası;

  • Reklamın müxtəlif platformalarda və KİV-də yerləşdirilməsi və nəticələrin analizi;

  • Offline fəaliyyətlərin  (event təşkili və promo kampaniyaların)  koordinasiyası;

  • Reklam kampaniyalarının gedişatına nəzarət və müntəzəm hesabatların hazırlanması;

  • Müştərilər üçün təqdimatların və yeni reklam alətlərinin hazırlanması.

Qeyd: Vəzifə yeni müştəri axtarışı və cəlb edilməsini TƏLƏB ETMİR.

İş şəraiti

  • 5 günlük iş həftəsi, iş saatları: 10:00 – 18:00;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Şəhərin mərkəzində, əlverişli yerdə müasir ofis;

  • Gənc, peşəkar, yaradıcı və gülərüz kollektiv;

  • Beynəlxalq standartlara uyğun hazırlıq və daxili treninqlər;

  • Karyera artımı perspektivi.

Əmək haqqı

Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən — namizədin təcrübəsi, bilik və bacarıqlarından asılı olaraq müəyyən edilir.

Müraciət: CV-nizi info@netant.az ünvanına göndərin. Məktubun mövzu hissəsində "Account Manager" qeyd etməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18712

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə