Netant reklam agentliyinə Account Manager axtarılır. Seçilən namizəd agentliyin müştəriləri ilə işləyəcək — həm offline (event təşkili, promo kampaniyalar), həm də digital istiqamətlər üzrə.
Həm bu sahədə təcrübəsi olan, həmçinin də təcrübəsi olmayan, lakin inkişaf potensialı yüksək olan namizədlərin CV-lərinə baxılacaq. Şirkətdə perspektivli işçilər üçün treninqlər keçirilir.
Namizədə tələblər
Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq və yazışma; ingilis dili — orta və yuxarı səviyyədə;
İqtisadiyyat, marketinq, menecment, riyaziyyat və ya texniki sahədə ali təhsil üstünlükdür;
Microsoft Office paketi (Excel, PowerPoint, Word, Outlook) ilə peşəkar səviyyədə işləmə bacarığı;
Süni intellekt (AI) alətlərindən iş prosesində istifadə bacarığı;
Analitik düşüncə tərzi — rəqəmlər, cədvəllər və verilənlər bazası ilə rahat işləmək;
Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü;
Digital reklam alətləri (Google Ads, Facebook Ads Manager, Google Analytics) ilə tanışlıq üstünlükdür;
İşgüzar yazışma (business correspondence) və şifahi ünsiyyət bacarığı;
Məsuliyyətlilik, məqsədyönlülük, komandada işləmə bacarığı və davamlı inkişaf istəyi.
Vəzifə öhdəlikləri
Mövcud müştəri bazası ilə gündəlik ünsiyyət və yazışma (əsasən e-mail vasitəsilə);
Media strategiyalarının hazırlanmasında iştirak, media planların tərtibi və icrası;
Reklamın müxtəlif platformalarda və KİV-də yerləşdirilməsi və nəticələrin analizi;
Offline fəaliyyətlərin (event təşkili və promo kampaniyaların) koordinasiyası;
Reklam kampaniyalarının gedişatına nəzarət və müntəzəm hesabatların hazırlanması;
Müştərilər üçün təqdimatların və yeni reklam alətlərinin hazırlanması.
Qeyd: Vəzifə yeni müştəri axtarışı və cəlb edilməsini TƏLƏB ETMİR.
İş şəraiti
5 günlük iş həftəsi, iş saatları: 10:00 – 18:00;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Şəhərin mərkəzində, əlverişli yerdə müasir ofis;
Gənc, peşəkar, yaradıcı və gülərüz kollektiv;
Beynəlxalq standartlara uyğun hazırlıq və daxili treninqlər;
Karyera artımı perspektivi.
Əmək haqqı
Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən — namizədin təcrübəsi, bilik və bacarıqlarından asılı olaraq müəyyən edilir.
Müraciət: CV-nizi info@netant.az ünvanına göndərin. Məktubun mövzu hissəsində "Account Manager" qeyd etməyiniz xahiş olunur.