1C Mütəxəssis-məsləhətçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Cinsi: Kişi və ya qadın;
Yaş həddi: 21-35;
Ali və ya natamam ali təhsil (İnformasiya texnologiyaları, İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq üstünlükdür);
1C proqramında mühasibat uçotu (Accounting) modulunu mükəmməl səviyyədə bilmək və bu sahədə praktiki təcrübə (əsas tələb);
İstehsal və ticarət müəssisələrinin operativ, idarəetmə və mühasibat uçotunun əsaslarını dərindən bilmək;
1C:Müəssisə platformasında proqram məhsullarının layihələrdə tətbiqi (implementasiyası) və dəstəyi üzrə təcrübə;
Biznes proseslərin analizi və mühasibatlıq tələblərinin proqram təminatına adaptasiyası bacarığı.
İşin təsviri:
Mühasibat uçotu modulu üzrə istifadəçi tələblərinin analizi, proqramda sazlanması və funksionallığın optimallaşdırılması;
1C:Müəssisə bazasında proqram məhsullarının hazırlanması, layihələrdə tətbiqi və cari dəstəyin göstərilməsi;
Mühasibatlıq və maliyyə hesabatlılığı üzrə proqramda dəyişikliklər və yeniliklər üçün tələblərin müəyyən edilməsi;
Proqram məhsulunun təkmilləşdirilməsi məqsədilə texniki tapşırıqların (TZ) hazırlanması və proqramçılara ötürülməsi;
Yerinə yetirilən dəyişikliklərdən və yeniliklərdən sonra proqram modullarının sınaqdan (testdən) keçirilməsi;
İstifadəçi sənədlərinin (təlimatların) hazırlanması;
İstifadəçilərə proqramla işləmək üçün təlimlərin keçilməsi və gündəlik məsləhətlərin verilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
Şirkət hesabına qidalanma;
Şirkət hesabına fitnes xidmətləri;
Peşəkar təlim və sertifikatlaşdırma (şirkət tərəfindən qarşılanır);
Müəyyən edilmiş sabit əmək haqqı + yerinə yetirilmiş işlərdən (KPI/Layihələrdən) bonuslar;
Mehriban, dinamik və səmimi kollektiv;
Rəngarəng və maraqlı layihələrdə iştirak imkanı;
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə).
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Best Soft
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17754
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə