1C Developer

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 24 iyun 2026

Təsvir

Şirkətimiz ERP sistemlərinin inkişafı, optimallaşdırılması və texniki dəstəyini təmin edəcək 1C Developer axtarır. Namizəd 1C platformasında yeni funksionallıqların hazırlanması, mövcud modulların təkmilləşdirilməsi və sistem inteqrasiyalarının icrasında iştirak edəcək.

Vəzifə öhdəlikləri

  • 1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi;

  • Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması;

  • 1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması;

  • ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;

  • API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;

  • Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması;

  • ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət;

  • İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi;

  • Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak.

Tələblər

  • İnformasiya texnologiyaları, proqramlaşdırma, informasiya sistemləri və ya digər uyğun sahə üzrə ali təhsil;

  • 1C platforması üzrə minimum 2 il developer təcrübəsi;

  • 1C:Enterprise 8.x platforması ilə işləmək üzrə dərin biliklər;

  • 1C konfiqurasiyalarının hazırlanması və modifikasiya edilməsi üzrə təcrübə;

  • API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsi üzrə biliklər;

  • Texniki sənədləşmə və sistem testləri üzrə təcrübə;

  • Analitik düşüncə və texniki problemləri operativ həll etmə bacarığı;

  • Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;

  • Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.

Necə Müraciət Etmək Olar

Facility Management Group

Facility Management Group

Other

Facility Management Group (FMG) Azərbaycanda daşınmaz əmlakların peşəkar idarə olunması və bina istismarı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. FMG hazırda 400-dən çox ofis və yaşayış binası, eləcə də biznes və ticarət mərkəzləri kimi müxtəlif təyinatlı obyektlərin idarəetməsini həyata keçirir və bu sahədə geniş təcrübəyə malikdir. Şirkət əsasən bina idarəetməsi, texniki xidmət, əməliyyat və istismar proseslərinin təşkili, eləcə də mülklərin dəyərinin qorunması və xidmət keyfiyyətinin artırılması istiqamətində həllər təqdim edir. FMG “Dəyərimiz insanlarımızdır” yanaşması ilə həm müştəri məmnuniyyətini, həm də uzunmüddətli dayanıqlı idarəetməni ön planda saxlayır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17859

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya